Aqrodronlar tezliklə kənd təsərrüfatının ayrılmaz hissəsinə çevriləcək

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialının innovasiya təsərrüfatında aqrodronların kənd təsərrüfatında tətbiqinin üstünlükləri nümayiş olunub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, “MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndələrinin və fermerlərin iştirak etdiyi tarla günündə aqrodronlar, onlardan istifadə barədə geniş məlumat verilib.

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov bildirib ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında dronlardan geniş istifadə olunur. O, fermerlər üçün kənd təsərrüfatı işlərini xeyli asanlaşdıran bu avadanlıqların üstünlüklərindən danışaraq deyib:

“Kənd təsərrüfatında dronlardan istifadə fermerlərə izafi xərclərin azaldılması, bunun hesabına təsərrüfatın gəlirlərini artırmaq, əkin altında olan sahələrə baxış keçirmək, ümumi vəziyyəti araşdırmaq, becərilən sahə haqqında daha tez, operativ, dəqiq qərar qəbul edərək, dərhal mübarizə və profilaktika tədbirlərinə başlamaq, bütünlükdə tam sahəni deyil, xəstəlik və zərərvericilərlə sirayətlənmiş ərazidə mübarizə tədbirləri həyata keçirmək baxımından əhəmiyyətlidir.

Bundan başqa suvarılan sahələrdə texnikaların hərəkəti mümkünsüz olur. Belə şəraitdə fermerlər zərərverici və ya xəstəliklərlə mübarizə aparmaq üçün sahələrin qurumasını gözləyirlər ki, nəticədə məhsuldarlıq aşağı düşür. Aqrodronlar vasitəsilə isə bu cür problemlərin həlli çox asanlaşır. Bitkilərin vegetasiya müddətinin sonlarına yaxınlaşdıqca, əraziyə texnikaların və aqreqatların daxil edilməsi demək olar ki, mümkünsüz olur.

Bitki yanlara budaqlanır, həmçinin boy atır. Buna görə də texnikaların sahəyə daxil olması nəticəsində bitkinin bütün orqanlarda, əsasən də bar orqanlarında zədələnmələr və tökülmələr müşahidə olunur. Aqrodronlar hesabına bu məsələlərdə də zərərsiz olaraq vəziyyətdən çıxa bilərik. Bütün bunları nəzərə alaraq demək olar ki, ən qısa zamanda aqrodronlar kənd təsərrüfatının ayrılmaz hissəsinə, əvəzolunmaz bir alətinə çevriləcək, aqrar sahə mütəxəssislərinin, aqronomların, fermerlərin yaxın dostu olacaq”.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673