Aqrolizinq mexanizatorların təlimləri

«Aqrolizinq» mexanizatorlar üçün təlimlərə başlayır..

aqrolizinq mexanizatoruİyulun 23-də «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib. Qeyd edilib ki, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir.

Aqroliziq təlimlərə hansı rayonlar cəlb olunacaq?

Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan  səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımnında iştirak edə bilməyəcəklər.

Gürcüstana 30-dan çox kombayn göndərilir

Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin “Mexanizator” Məhdud Məsuliyyəli Cəmiyyəti ilə “Aqrolizinq” ASC arasında bağlanan müqaviləyə əsasən 30-dan artıq kombayn Gürcüstana kömək məqsədilə göndərilir.

Bəzi məlumata görə, kömək qarşı tərəfdən dövlət səviyyəsində müraciətdən sonra həyata keçirilib. Yığım əsasən Gürcüstanın dağlıq hissəsində aparılacaq.

“Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılovun sözlərinə görə, biçin 20 gün müddətində başa çatacaq.

Mənbə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика