AqroOnline nədir?

Bütün işlərinizi bizə həvalə edə bilərsiniz – Aqroonline

“AgroOnline”  müasir kənd təsərrüfatı biznesinin idarə olunması üçün təşkil olunmuş  bir xidmətdir.

Onlayn platforma əsasında  inteqrasiya olunmuş idarəetmə üçün hazırlanıb və bütün sahələri əhatə edir.

Kifayət qədər  inkişaf edən FarmManagment sistemi 2015-ci ildə fəaliyyətə  başlayıb. Sözügedən sistemin kənd təsərrüfatı müəssisələri üçün 10 ildən artıq bir proqram təminatı təcrübəsi var.  AgroOnline  kənd təsərrüfatı biznesində ən yaxşı təcrübəni özündə birləşdirən konseptual və hərtərəfli həllimizdir.

Ətrafımızda kənd təsərrüfatı şirkətlərinin fəaliyyətini tamamilə yeni səviyyəyə yüksəldən  xidmət və məhsul ekosistemini bir araya gətirdik. AgroOnline  kağızdan rəqəmsala keçid üçün başlanğıc meyar rolunu oynayır.

AqroOnline əsasən işin tələb olunan vaxtda tətbiqini müəyyənləşdirir. Nəticənin müəyyən olunması təqribən bir ay sonra açıqlanır. Həmçinin işçi qüvvəsindən minimum istifadə etməklə iş  prosesi  həyata keçirilir.

Aqronomiyanın idarə edilməsində görülən kompleks işlər toplusu bir neçə kateqoriyada cəmlənib.

AgroOnline - Agroexpert.az
  1. Əkin- biçin planlaşdırılması
  2. Vahid rabitə mərkəzi
  3.  Aktiv və ehtiyatların uçotu
  4. Təcrübə və tədqiqat mərkəzi
  5. Plan və ya faktiki iqtisadiyyat
  6. Bitkilərin vəziyyətinin monitorinqi
  7. Texno-parkın nəzarəti
  8. Hesabat və istehsalın analitikası

Bu kateqoriyalar hər biri müxtəlif iş proseslərini özündə birləşdirir.

Siz AqroOnline-la əməkdaşlıq etməklə aqronomiya məlumatlarını təhlil edən və əlaqələndirən vahid mərkəz əldə edirsiz. Bu vahid mərkəzə onlayn giriş edilir, burada şirkətin fəaliyyətini aydın təhlil edən xəritələr, hesabatlar, qrafiklər, şəkil və videolar təqdim edilir.

AqroOnline aqronom, menecer və tərəfdaşlar üçün daim yenilənən vahid kommunikasiya kanalını təqdim edir. Burada hər bir istifadəçinin özü üçün lazımi alətləri və hesabatlar nəzərdə tutulur. Bununla hər hansı bir xarici texnologiyanın və xidmərlərin sizin sistemə inteqrasiyası, qısa müddət ərzində və personalın əlavə hazırlığa ehtiyacı olmadan baş verəcək.

Məlumatları rəqəmsallaşdıraraq, personalı iş prosesinə hazırlayaraq, konsultasiya təklifi və tam texniki dəstəklə əməkdaşlıq edən şirkətin tam inteqrasiyasını həyata keçiririk.

AqroOnline modul bir quruluşa malikdir. Sahibkarda hansı texnologiyanın olmasına və ya gələcəkdə tətbiqinin planlaşdırılmasına baxmayaraq AqroOnline bütün məlumatları bir yerə yığan düzgün qərar verməyə imkan verən sistemdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!