Aqroparkda “ağıllı” macar camışları saxlanılır

İnnovativliyi ilə seçilən müasir təsərrüfat subyektləri arasında aqroparklar xüsusi seçilir. Təsərrüfatlardan biri də Ucar rayonunun Şilyan kəndi ərazisindədir. Belə ki aqroparkda macar camışları saxlayırlar….

Macar camışları

Aqroparkın məsul işçisi Tahir Kərimov bildirib ki, qarşıya qoyulan vacib məsələlərdən biri də Damazlıq Camışçılıq Təsərrüfatının yaradılmasıdır. Tikinti işləri əsasən yekunlaşıb. Hazırda son tamamlama işləri icra olunmaqdadır. 200 başlıq tövlə, sağım sexi, müayinə otağı, doğum məntəqəsi və s. şərait təşkil olunub…

macar camışıƏrazinin suya olan tələbatı yüksək səviyyədə təmin olunub. İki mənbədən istifadə edilir. Su Baş Şirvan kanalından – R-13 adlanan mənbədən daxil olur. Bundan başqa, Acınohur adlanan sahə də aqroparkın ərazisinə düşür.

Həmin ərazi təxminən 800 hektardır. Orada bitən qamış camışların sevdiyi yemdir. Onlar bu əraziyə buraxılmaqla həm ayaqları açılır, həm də qidalanma imkanları yaranır. Camışların yuyulması üçün əvvəldən ərazidə olan təbii gölün potensialından istifadə ediləcək. Əlavə olaraq gigiyenanın tam gözlənilməsi üçün ayrıca yuyucu sexi də fəaliyyət göstərir.

Təsərrüfata indiyədək Macarıstandan 125 baş camış gətirilib. Ümumilikdə isə ərazi 400 baş camış üçün nəzərdə tutulub. Seçim zamanı macar sortlarına üstünlük verilməsinin səbəbini Tahir Kərimov açıqladı. Onun dediklərinə görə, bir zamanlar camışçılıq sovxozunda 5 il mühasib işləyib. Qardaşı da həmin sovxozda 20 il müxtəlif vəzifələrdə çalışıb..

Təsərrüfata məhz hansı camışların alınıb gətirilməsi məsələsində məsuliyyət onun üzərinə düşüb. Əvvəlcə İranda idi. Lakin buradakı yerli sortlar əsasən qarışıq olduğundan onları təmin etmədi. İkinci müraciət etdikləri məkan Macarıstan oldu. Bunun da başlıca səbəbi həmin ölkədə seçimini apardığı camışların saxlanılmasının iqtisadi baxımdan daha səmərəli olması idi. Alınan camışlardan 122-si bala verən, 3-ü ərkəkdir. Artıq camışlardan 9-u bala verib. Balaların diri çəkisi təxminən 30-40 kiloqram arasındadır.
Məhsuldarlığa gəldikdə isə, camışların ilk 2 balası götürüldükdən sonra onlardan gündəlik 10-12 litr süd alınır.

O camışlara niyə “ağıllı” deyirlər?

Bu camışlar eyni zamanda “ağıllı” hesab olunur. Onlar bir dəfə sağım sexinə salındıqdan sonra ikinci dəfə artıq özləri sakit şəkildə eyni vaxtda həmin yerə gəlirlər.macar camışları

«Xəstəlik riski azdır…»

Müsahibinin dediyinə görə, camışın ən üstün cəhətlərindən biri də xəstəlik riskinin az olmasıdır. Əsas rast gəlinən camışın boğazında müşahidə olunan xortdək xəstəliyidir. 6 aydan bir tədbir görüldükdə bu hal da aradan qalxır. İkincisi isə dabaqdır. Ona qarşı da zamanında peyvəndləmə aparıldıqda problem yaranmır.

Ucarın iqliminin isti olması burada camışçılığın lokal olduğunu artırır. Çünki rayonda havalar çox isti keçdiyindən cins inəklər daha tez qızdırır və onlar üçün yaşam riski yaranır, amma camışlarda əksinədir.

! Diqqət
Əziz izləyicilər, macar camışları  belə olur, ona görə də digərlərdən fərqlənir.

 

 

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика