AQTA hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırdı.

Agentlikdən verilən məlumata görə, aidiyyəti qurumları ilə birgə həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən karantin rejiminin çox sadə qaydalarına əməl edilmədiyi müşahidə olunub.

aqta agroexpert.az

Yoxlama zamanı işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması, masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması, ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi, qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi kimi hallar aşkarlanıb:

“Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək onları elan olunmuş hərbi vəziyyəti nəzərə almaqla, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün öz peşəsini layiqincə yerinə yetirməyə çalışan insanlarla həmrəy olmağa dəvət edirik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq bizlərdən xüsusi yanaşma və məsuliyyət tələb edir. Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir. Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar”.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669