AQTA Qurban bayramında hansı vəzifələri yerinə yetirəcək?

Bildiyimiz kimi bütün dünya müsəlmanlarının sevimli bayramı olan Qurban bayramına çox az vaxt qalıb. 31 iyul və 1 avqust tarixlərində qeyd edəcəyimiz Qurban bayramı bu il məlum karantinə və Covid 19-a yoluxma riskinə görə müəyyən qaydalar çərçivəsində keçirilir. Artıq onlayn üsulla qurbanlıq heyvanların satışı təmin olunub və bunun üçün xüsusi sayt yaradılıb.

Bu il qurbanlıq qoyunu onlayn alacaqsınız…

AQTA-nın şöbə müdiri Mənsur Piriyevin agroexpert.az saytına verdiyi açıqlamaya görə, agentlik bayram günlərində lazımi qaydada nəzarət və tənzimlənəni təmin edəcək.

“Bildiyiniz kimi, Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, bu sahədə nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir. Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi əməkdaşlarımız tərəfindən baytarlıq  nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirləri formasında ardıcıl olaraq davam etdiriləcək”.

aqta qurban agroexpert.az
Qurban bayramında Covid 19-a görə alınacaq tədbirlər

Mənsur Piriyev bayramın karantinə təsadüf etdiyi müddətdə Covid 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə görüləcək tədbirlərdə danışıb.

“Bu il pandemiya şəraiti ilə əlaqədar insanların sağlam və təhlükəsiz şəraitdə qurbanlıq heyvan əti və ya heyvan cəmdəyi ilə təmin olunması işinə ərzaq satışı məntəqələri, iri supermarketlər də qoşulub. Artıq onların sayı yüzlərlədir və aktiv şəkildə öz xidmətlərini vətəndaşlara təklif edirlər.

Mövcud pandemiya şəraitini nəzərə alaraq vətəndaşların həmin satış məntəqələrindən baytarlıq nəzarətindən keçmiş və sanitar gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvan ətlərini, cəmdəklərini əvvəlcədən sifariş etməklə əldə etmələri tövsiyyə olunur”.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” layihəsi təşkil edib. Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. Son tarix 31 iyul saat 00:00-dək qedy olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!