Aran bölgəsindən yığılan qarpız hara ixrac olunur?

Artıq müəyyən müddətdir ki, Aran bölgəsində qarpızın ikinci yığımına başlanılıb. Təsərrüfat sahibləri məhsuldarlıqdan razıdırlar.

Agroexpert.az xəbər verir ki, 3 mərhələdə həyata keçirilən qarpız əkinində ilk əkin dövrü mart ayına təsadüf edir. Həmin vaxt məhsul ikiqat örtük altında becərilir. Bu mərhələnin yığım prosesi iyun ayının əvvəlindən başlayır. İkinci əkin isə may ayında aparılır və iyulun 10-dan etibarən məhsul toplanılır. Artıq bu mərhələnin məhsul yığımı yekunlaşmaq üzrədir. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulu tez bir zamanda tədarük etmək üçün sahələrə səfərbər olublar.

Saatlı rayonunda da təsərrüfatçılar məhsul tədarükünü həyata keçirir. Saatlı sakini fermer Şahoğlan Quliyev bildirir ki, qarpızın məhsuldarlığı da yaxşıdır: “Türkiyə sortlarından istifadə etmişik, əkin iki mərhələdən ibarət olur. May aynda əkilən qarpızlar torpaq üzərində, təbii yetişdiyindən tələbat böyükdür. 30-40 sentner məhsul götürürük. Hər bir tağdan təxminən 3-4 qarpız dərilir. İkinci yığım mövsümə təsadüf etdiyindən alıcılıq qabiliyyəti də yüksəkdir. Dərilən qarpızın bir hissəsi, xüsusən iri şəhərlərin bazarlarına çıxarılır. Məhsul isə sifarişə uyğun dərilir”.

qarpız agroexpert.az
Sabirabad rayonunda yerli sakinlərdən başqa, digər rayonlardan da gəlib qarpız əkənlər var.

Əslən Şamaxıdan olan Eyvaz Nəcəfov bir neçə ildir ki, Sabirabad rayonunun Zəngənə kəndində icarəyə götürdüyü 4 hektar əkin sahəsində ailəsi ilə birgə qarpız əkib-becərməklə məşğul olur. Təsərrüfatçı bildirir ki, dəyişkən hava şəraiti tağlara müəyyən qədər təsir etsə də, məhsuldarlıq yenə də yaxşıdır. Bu xüsusilə ikinci əkində özünü daha yaxşı göstərir. Birinci əkinin məhsuldarlığı ikincidən az olur. Örtük altıdır, soyuqlara düşür, mövsümü deyil, yəni vaxtından əvvəl əkilib. Ancaq bu mövsümündə əkildiyinə görə, əgər aqrotexniki qaydada yaxşı qulluq olunubsa, məhsuldarlıqda haradasa 10-15 ton fərq edir.

Qarpızın faydalarından danışan təsərrüfatçının məlumatına görə, 92 faizi su, yüzdə 6 faizi şəkər olan qarpız bir neçə vitaminlərin ən yaxşı mənbəyi hesab edilir. Bu səbəbdən ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Bu baxımdan mütəxəssislər təzə dərilmiş qarpızın yeyilməsini tövsiyə edir. Eyni zamanda, qarpız kəsildikdən sonra dərhal yeyilməli və uzun müddət saxlanılmamalıdır. Qarpızı seçəndə bunun saplağına baxmaq lazımdır. Yəni bu saplaq yaşıldırsa, təzədir. Qarpızı kəsəndə onun içərisində qalın ağ damarlar varsa, gübrəsi çoxdur. Qarpızı kəsdin çox saxlamaq olmaz. Soyuducuda heç olmaz. Qarpızın xeyri çoxdur. Səhər-səhər tezdən qarpızı acqarına yesən daha faydalıdır, böyrəkləri təmizləyir.

Qida zəhərlənmələrinin ən təhlükəlisi-qarpızdan zəhərlənmə

Qeyd edə ki, bu il Sabirabad rayonunda 3 min 303 hektar sahədə qarpız əkilib. Artıq demək olar ki, sahələrin böyük bir hissəsində ilk yığım başa çatıb. Sabirabad qarpızı həm də MDB ölkələrinə ixrac olunur. Təkcə Sabirabaddan deyil, eyni zamanda, Saatlı rayonundan da Rusiyaya qarpız ixracı həyata keçirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673