Argentinada limon istehsalı 30% azalacaq – SƏBƏB

Argentinada limon istehsalı hava şəraiti ilə əlaqədar 2020-ci ildə 30% azalacaq.

Keçən qışın və yazın sonunda baş verən quraqlıq, həm də çox isti yay, sitrus məhsulunu azaltdı.

Bəzi istehsalçıları meyvələri hələ kiçik kalibrli olduğu vaxtlarda toplamağa məcbur qaldı. Səbəb isə COVID-19 dövründə limona olan yüksək tələbat və dünya bazarındakı qeyri-müəyyənlik idi.

Mütəxəssislər məhsul yığımının çox sürətli başladığını deyirlər.

Bildirilir ki, “Salix Fruits” şirkətinin menecerləri limon suyu konsentratının (LJC) və efir yağının (ELO) satışında mövcud marketinq vəziyyətini təhlil edir. Məlumatlar ilin qalan hissəsi üçün plan qurmağa kömək edəcəkdir.

limonun fərqli şəkildə istifadə olunması

Marketoloqların fikrincə, məhsuldarlığın azalması ümumi emal həcmini 1-1.1 milyon tona qədər azaldır. Əslində, may ayının sonunda 400 min ton limon emal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 500 min ton təşkil edən həcmdən xeyli azdır.

İstehsalın azalması artıq bazara da öz təsirini göstərir. Efir yağlarının təxminən 50% -i, tədarük və tələbdən asılı olmayan uzunmüddətli qiymət sazişlərinə əsasən sərinləşdirici içki (alkoqolsuz) istehsalçılarına verilir. Artıq qalan məhsullar isə hər zaman tələbatın sabit olduğu bazarlarda satılır. Buna görə də həcm qiymətlərə təsir göstərir.

Limon suyu konsentratı üçün isə COVID-19 pandemiyası səbəbi ilə tələb və təklif azalmasını qeyd etmək lazımdır. Keçən il açıqlanan məlumatlara görə, qiymətlər 2,2 min dollardan 2,4 min dollar arasında dəyişirdi. Bu il isə minimum hədd  1 ton üçün 1,7 min dollar oldu.

Daniel Kalvo Argentinadakı iqtisadi böhranın, kredit çatışmazlığının və COVID-19-un nəticələrinin ehtiyatları qorumaq üçün tədarük proseslərini daha bahalı etdiyini vurğuladı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!