Arı növləri haqqında

Dünyanın dörd bir tərəfinə minlərlə arı növü yayılıb. Arı növləri görünüşünə,böyüklüyünə, xarakterinə, qidalanma şəklinə, həyət tərzinə, sacıb-sancmayacağına görə bir birindən fərqlənir.

Arılar məhz yaşadıqları bölgələrə, ölkələrə, görünüşlərinə görə adlandırılıblar. Hər bölgənin arısı fərqli özəlliyə, məhsuldarlığa sahibdir. Həmin arı başqa yerdə yetişdirildik də ya uzun yaşamaz, ya da eyni məhsuldarlığı verməz. Arı növləri çox müxtəlif və qəlizdir. Hamısını tanımaq, haqlarında məlumat əldə etmək mümkünsüzdür. Bu səbəbdən də:

Dünyada yayılan əsas arı növlərinin bir neçəsinə nəzər yetirək:

Yalnız arılar – Adrena Fulva.  Bu arılar adından göründüyü kimi yalnız yaşamağa üstünlük verirlər. Uyğun yerləşim ərazilərində bir-birlərinə yaxın yuva qurarlar. Bu arılar bal arılarına bənzəyirlər. Tunel açaraq yuva qurmağı tərcih edirlər. Ya da köhnə evlərdə yumşaq taxtaların arasında, evin içindəki kərpic deşiklərində yuva qurarlar. Bu arılar sürü yaratmazlar və aqressiv deyillər.arı növləri-yalnız arı

Divarçı arılar-Osmia species. Bu arılar divar çatlaqlarında, çuxurlarında, kərpiclərdə təbii olaraq meydana gələn oyuqlarda(xüsusilə yüksək əhəng və qum tərkiblidə) yuva qurmağa önəm verirlər. Günün çox hissəsində günəşli-isti və işiqlı divarlara yaxın durmağı sevirlər. Bu arılar zərərsizdir. Təcavüzkar deyillər. Hücüm etməzlər. Divarçı arılar İngiltərənin cənubunda geniş yayılıblar. Bu arı irqinə yun arı, mədən arısı, tüklü ayaqlı çiçək arısı, qırmızı divar arısı,  yarpaq kəsən arı növləri də aiddir.

Qara arı tipi-Apis Mellifera L. Bu arı irqinə eyni zamanda əsmər arı irqi də deyilir. Ümumilikdə dünyanın hər yerində yayılıblar. Amma onlara ən çox Avropa ölkələrində rast gəlinir. Digər arı növləri ilə hibridləşmək yoluyla daha çox məhsuldarlıq əldə edilir. Görüntü etibari ilə iri quruluşlu arı kateqoriyasına aiddir. Qarınaltı halqalarında sarı nöqtələr mövcuddur. Vücudları uzundur və seyrək tüklərlə örtülüdür. Erkək arıların tükləri tünd qəhvəyi rəngdədir, nadirən qara da ola bilər. arı növləri-Qara arı tipi-Apis Mellifera LQara arı növünün dili qısa olduğundan toxumlu bitkilərin nektarından çox istifadə edə bilmir. Bu səbəbdən də bir çox yerdə tərcih edilmirlər. Bu arı növü qışa dayanıqlı olduğundan, daha çox qışı sərt keçən yerlərdə üstünlüyə sahibdirlər. Qara bal arılarında çoxalma, inkişaf zəifdir. Aclıqdan ölmə ehtimalları da zəifdir. Bu arı növlərinin balaları xəstəliklərə və arı mumu güvələrinə qarşı həssasdır. Qara bal arıları çox üstün yaşama gücünə sahibdirlər. Əsəbi quruluşa, görünüşə sahib olmaları təcavüzkar olduqlarının bir göstəricisidir. Kollektiv olaraq düşmənlərinə hücum etmək psixologiyasına sahibdirlər.

Sarı arı tipi

Bu irqinin vətəni isə Sicilya adasıdır. Vücud görünüşü və arı pətəyi üzərindəki görüntüsü etibari ilə sakit arı növləri qrupuna aiddir. Sarı arı tipi qara arı tipindən xeyli fərqlənir. Belə ki, sürətli çoxalma özəlliyinə sahibdir. Qışı sərt keçən bölgələrdə yaşaya bilmir. Sarı arı sakit görünüşlü, incə quruluşludur. Vücudunda sarı tüklər mövcuddur. Bu arılarda çoxalma-artım yazda başlayır payıza kimi davam edir. Sarı arılar qışda daha çox bal istehsal edirlər. Düzgün pətək hazırlmaq instinkti mükəmməldir. Digər arı növlərinə görə xəstəliklərə dayanıqlıdır. Yaşayış şəraitinə görə Aralıq dənizi ətrafı iqlim və bitki örtüyünə çox uyğundur.

Qazfqazda və  Azərbaycanda yayılan arı növləri haqqında məlumatları isə növbəti məqaləmizdən oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика