Arı südü orqanizmdən toksinləri təmizləyir

arı südü haqqında

Arı südünü “kral jelesi” də adlandırırlar. Təzə arı südü qatı, qeyri-şəffaf sarımtıl boz rəngli, spesifik ətrə və turş dada malik mayedir və qaymağı xatırladır. Arı südü qiymətli xammaldır, arı sürfələrinin və ana arının qidalanması üçün işçi arıların yuxarı çənələrindəki vəzlər tərəfindən icra olunur.

Biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov arı südü barədə danışarkən deyib: “Arı südü yumurtadan yeni çıxmış süfrələrin və ana arının yemlənməsi üçündür. Ana südü ilə qidalanma müddətindən asılı olaraq yumurtadan işçi arı və ana arı çıxa bilər. Arılar ana arı çixacaq yumurtaları xüsusi üskükvari yuvaya qoyur və işçi arılar onu arı südü ilə doldururlar. Ana arı yalnız ana südü ilə qidalandığından işçi arıdan 5 gün tez yetişir, iki dəfə böyük olur və 5-6 il yaşayır. İşçi arı yalnız üç gün südlə qidalanır və 40-45 gün ömür sürür. Bu süd zülal və digər qidalı elementlərlə zəngindir və körpə sürfələrin qidalanması üçün əvəzedilməzdir, güclü bakteriostatik və bakteriasid xassəyə malikdir.

Arı südü hətta durulaşmış halda da güclü antibiotik olan karbol turşusundan on dəfə təsirlidir.

Bu süd gümrahlıq gətirir, orqanizmin tonusunu yüksəldir, görməni, yaddaşı, iştahanı, toxuma və hüceyrələrdə mübadilə prosesini yaxşılaşdırır, orqanizmdən zəhərli maddələri, toksinləri və ağır metal duzlarını təmizləyir. Hətta bir sıra alimlərin fikrincə, arı məhsullarından istifadə etməklə sonsuzluq diaqnozu qoyulmuş qadınlarda çox yaxşı nəticə əldə etmək olar.

Arının südü kompleks müalicədə antibiotiklərin təsirini artırır, digər dərmanların tez təsir etməsinə kömək edir. Bu məcundan həb, iynə, sirop və məlhəm formasında müxtəlif preparatlar hazırlanır. Bu südü şəkərli diabetin, prostat vəzi xəstəliklərinin profilaktikasında, süd verən analarda süd ifrazının normallaşmasında, hətta genetik xəstəliklərin müalicəsində geniş istifadə olunur. Hazırda onun hazırlanması və istifadə edilməsi sahəsində Yaponiya dünyada liderlik edir. Sonrakı yerləri ABŞ, Avstraliya, daha sonrakı yerləri Avropa ölkələri tutur. Yaponiyada ölkənin hər sakininə səhiyyə nazirliyinin nəzarəti altında 50-70 qram bal, 50-100 milliqram arı südü müntəzəm olaraq verilir. Heç də təsadüfi deyildir ki, Gündoğar ölkə uzunömürlülüyə görə də dünyada birinci yerdə gedir”, – deyə bioloq-alim söhbətini yekunlaşdırıb.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!