Arı zəhərinin müalicəvi xüsusiyyətləri

Arı verən zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir. Bəzən “apitoksin” – də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr var.
arı zəhəri
Bu barədə biologiya üzrə fəlsəfə həkim Mahmud Hümbətov verdiyi məlumata görə, tədqiqatlar nəticəsində arı zəhərinin tərkibində olan müalicəvi fermentlər ilan zəhərindəkindən 30 dəfə güclü olduğu subut edilib. Onun tərkibində olan “adola” adlanan peptid çox qüvvətli ağrıkəsicikeyləşdirici təsirə malikdir. Həmin keyfiyyətinə görə tiryəki 80 dəfə üstələyir.

Arı zəhərinin müalicəvi xüsusiyyətləri:

  • Ürək işemik xəstəliyi;
  • Stenokardiya və hipertoniya zamanı;

Arının tərkibində böyük mexanizminə malik antiaritmik təsirli maddələr var

  • Kiçik miqdarda orqanizmə düşən arı zəhəri onun müdafiə qabiliyyətini möhkəmləndirir;
  • Qan dövranını və maddələr mübadiləsini tənzimləyir;
  • Profilaktika üçün yaxşı mühit yaradır.

Arı zəhəri dəridə olan əlavə törəmələrin təmizlənməsində yaxşı səmərə verir. Dünya kosmetika bazarında tərkibində həmin ferment olan kremlər çox baha qiymətə satılır. Hal hazırda Rusiyada arı zəhəripropolisin qarışığından ibarət kremlərşampunlar geniş istifadə olunur.

Mənbə: ©azertag.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!