Arıçılıq biznesi ( risklər və qazanc) necə qurulmalıdır?

Son illər arıçılıq dövlətin də dəstəyi ilə daha geniş şəkildə inkişaf yolu tutdu. Hər il paytaxtda keçirilən bütün ölkə arıçılarının balını nümayiş etdirdiyi, tanıtdığı və sata bildiyi yarmarkalar arıçıları bu yöndə daha da həvəsləndirdi.

Arıçılığın azalması təsərrüfat kimi geniş məşğul olunmaması yaxın keçmişdə müşahidə edilirdi. Lakin dövlətin dəstəyindən sonra bu sahənin inkişafı müəyyən qədər özünü göstərir.

Avropa ölkələrində arıçılıq hobbi olaraq  məşğuliyyət növüdür. Illərlə heç bal götürmədən arıların nəslinin davam etməyi üçün bu işi görənlər var.

Arıçı kimdir? Peşə Standartları Təşkilatının tərifinə görə arıçı müəyyən müddətdə pətək hazırlayan, ana arı, bala arı və arı məhsullarını pətəkdən çıxaran, arı koloniyasının baxımını təmin edən, qidalanma, arı məhsullarının yığıması, arıçılıq vasitə, vəsait və avadanlıqlarından istifadə edən və lazımlı təmiri etmək qabiliyyətinə sahib şəxsdir.

Arıçı olmaq üçün ən vacib şərt arıları sevməkdir.

arı agroexpert.az
Arıçılığa başlayarkən nələr etməli?

Arıçılığa başlamadan əvvəl lazım olan araşdırmaları edib bu sahə ilə bağlı əsas nəzəri bilikləri öyrənmək lazımdır. Bir çox mənbədən adi arıçılıqdan əlavə təbii ekoloji arıçılıq kimi anlayışları öyrənmək və qiymətləndirmək vacibdir. Bu mövzuda müxtəlif kitablar, veb saytlar və kurslar var.

Hər şeydən əvvəl xüsusi bir canlı olan arıya dair məlumatları öyrənməyiniz lazımdır. Sürü fərdlərini, koloniyanın həyat tərzi və arıçılığı maraqlandıran digər mövzularda məlumat sahibi olmadan bu işə başlamağınız düzgün deyil.

Arıçılığa başlamağın praktikada 3 fərqli yolu var.

Bunlardan biri, satın aldığınız boş bir şana işçi arı qoyaraq, həyətinizdə ya da ya meşədə tapdığımız sahibsiz bir işçi arını tutaraq, ya da arılı bir şanı satın alaraq başlaya bilərsiniz. Xalq arasında bir inanışa görə, əgər bir koloniya sizin evinizə gəlibsə ona sahiblənmək və ona yaxşı baxmağınız mütləqdir.

Əgər bu mövzuda heç təcrübəniz yoxdursa, ən yaxşı başlama üsulu, tanıdığınız və etibar etdiyiniz bir arıçıdan arısı güclü, keyfiyyətli bir koloniyanı alaraq başlamaqdır.

Arının da bir canlı olduğunu düşünərək və müvəffəqiyyətsizlik riskini gözə alaraq arıcılığa ən çox 3 pətəklə başlayın. Zamanla iş incəliklərini öyrənərək və sizə görə artıq arıçılıq üsullarını bildiyinizə və bacardığınıza qərar verdikdən sonra sayı çoxalda bilərsiniz.

Nələrə diqqət edilməlidir?

Arı şanının açılması və çərçivələrə nəzarət edilmə üsulları çox vacibdir. Bir çərçivəyə baxdığınızda, hansı şanın bala, hansının bal, hansının polen olduğunu bilməlisiniz.

Dişi arı,erkək arı və ana arını ilk baxışda tanımaq üçün şəkillərə baxaraq təcrübə edə bilərsiniz.

Arılar yaz aylarında çoxalır və bala verməyə başlayırlar. Bu aylarda ətrafdakı arıçılarla maraqlanıb pətəkləri satın ala bilərsiniz. Əgər bir arıçıdan satın alacaqsınızsa, alacağınız koloniyanın ən az 5 arılı çərçivə olmasına diqqət edin və şan hesabı ilə deyil çərçivə hesabıyla alın.

Köhnə pətəklər xəstəlik keçirə bilər deyə yeni pətək ilə başlamağınız məsləhətdir. Bununla bərabər zamanla pətəyin içində müxtəlif promlemlərin ola biləcəyinə və bunun qarşısının alınmasına nələrin lazım olduğunu öyrənməlisiniz.

Öz sağlamlığınızı düşünərək arıçılığın etibarlı olmasını təmin etmək üçün xüsusilə arıları qəzəbləndirən davranışlar barədə bilmək və tədbir görmək lazımdır.

Arıçılıqda açıq sahələrdə işləyəcəyinizi öncədən düşünün. Arıçılıq güc tələb edən bir sahədir və bel ağrısı arıçılarda çox bilinən bir problemdir. Bir də əsasən arı sancmasına qarşı allergiyası olanlara bu işlə məşğul olmaq uyğun deyil.

arı biznesi agroexpert.az
Arıçılıqla harda məşğul olmaq uyğundur?

Arıçılığa başlamazdan əvvəl bölgəniz üçün uyğun arı cinsləri haqqında məlumat əldə edin. Bütün arılar eyni şərtlərdə eyni məhsuldarlıq və xoşbəxtliklə işləmirlər. Bunun üçün həmin ərazidə uzun zamandır arıçılıq edənləri tapa bilər, onlarla söhbət edib məlumat və təcrübələrindən faydalana bilərsiniz.

Koloniyanızı və pətəklərinizi götürməzdən əvvəl, arılarınızın qidasız qalmaması üçün arıların bal və polein bitkiləri baxımından necə olduğunu araşdırmalısınız. Hətta bir çox təcrübəli arıçının aclıq səbəbiylə arıları məhv ola bilər.

Arıların uça bildikləri məsafə dairə şəklində 5 km düşünülərək, gedə biləcəkləri məsafədə çiçəklərin açma zamanlarını müşahidə edilməlidir. Arıları qoyacağınız yerin külək vəziyyəti də nəzərə alınmalı, olduğunuz bölgənin digər iqlim şərtləri, yəni, yağış və nəm vəziyyəti yaxşı araşdırılmalıdır.

Arıların nektar və polen xaricindəki bir başqa ehtiyacı da eynilə insanların olduğu kimi təmiz sudur. Bu ehtiyacları qarşılayacaq su mənbələrinin məsafəsini və təmizlik vəziyyətini araşdırmağı unutmayın.

Arıçılıqda müxtəlif materiallara ehtiyacınız olacağını unutmayın. Vəsaitlərinizi qoymaq və işlərinizi görmək üçün yer təyin etmək vacibdir. Materialların günəş və yağış altında qalması onların tez bir zamanda köhnəlməsinə səbəb olur. İlk başladığınız zaman çox bir şeyə ehtiyacınız olmasa da bir müddət sonra  daha çox şey lazım olduğunu görəcəksiniz.

Əgər arılarının xoşbəxt və sağlam olsa, sizi də xoşbəxt edəcəklər, onların da bir canlı olduğunu unutmayın.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669