Arılar Xəbərlər

Arıların məhsuldarlığı xeyli aşağı düşüb..Səbəb..(VİDEO)

Ölkədə 500 min arı ailəsi olsa da, bazarı balla təmin etmək mümkün olmur. Səbəb məhsuldarlığın çox aşağı olmasıdır. Buna görə də xarici ölkələrdən daha məhsuldar arı cinslərinin gətirilməsi təklif edilir.

Agroexpert.az-ın xezerxeber-ə istinadən məlumatına görə, ölkədəki arıların məhsuldarlığı xeyli aşağı düşüb.

Subsidiyaların verilməsi üçün bütün arı pətəkləri qeydiyyata alınır və onlar kodlaşdırılır. Bu zaman ortaya çıxıb ki, ölkədə həmişə deyildiyi kimi 300 min yox, 500 min arı ailəsi var. Lakin, buna baxmayaraq ölkə bazarını balla təmin etmək mümkün olmur. Hətta bəzən idxal da edilir.

Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, məhsuldarlığın aşağı olmasına səbəb damazlıq-seleksiya işlərinin aparılmamasıdır.

Assosiasiya sədri bildirir ki, arıçılıqdakı daha bir problem bu sahə üzrə mütəxəssisin olmamamasıdır. Ölkədə kifayət qədər baytar və müasir laboratoriyalar olsa da, heç biri arıçılıq sahəsi üzrə deyil.

Bədrəddin Həsrətov deyir ki, arı xəstəliklərinin tədqiq edilməsi üçün bu sahə üzrə laboratoriyaların qurulmasına və güclü mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Xaricdən keyfiyyətli arı sortlarını ölkəyə gətirməklə də məhuldarlığı artırmaq olar.

Bu sahədə bir sıra yeniliklər də var. Arı yeşiklərinin məsafədən sensorlar vasitəsilə monitorinqi aparılacaq.

Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlə kotirovka sorğusu elan edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!