Arıqladan, antioksidant təsirə malik paxlakimilər

Paxlakimilər (  noxud, lobya, mərci, soya  və s ). nədənsə bizlər qida rasionumuzdan uzaq tuturuq. Halbuki, araşdırmalar nətcəsində müəyyən olub ki, dünyanın ən faydalı qida məhsulları qabıqlı meyvələr və paxlalı bitkilərdir. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir.

Paxlakimilərin insan sağlamlığına və bədəninə hansı təsirləri var?

  • Sinir sistemini nizamlayır
  • Mədə bağırsaqdakı göbələkləri mərf edir
  • Sümükləri gücləndirir
  • Tox tutur
  • Güclü antioksidant tərkiblidir
  • Qanda kolesterolun səviyyəsini aşağı salır
  • İmmunitedi gücləndirir
  • Enerji mənbəyidir və çəki itirməyə çox xeyri dəyir
  • Xərçəngə qarşı təsirlidir
  • Qan təzyiqini salır və tənzimləyir
  • Yaşlanmanın qarşısını alır
  • Ürək sağlamlığını dəstəkləyir
Paxlakimilər güclü antioksidant tərkibə malikdir

Faktiki olaraq dərimiz yad orqanizimləri bədənə buraxmır və immun sistemimiz isə ətrafımızda bədənimiz üçün gözə görünməyən bir qorunma qalxanı yaradır. Sözsüz hər bir qalxanın qidalanmalı olduğu enerji mənbəyi olmalıdır və bu antioksidanlardır. Təbiətdə ən məşhur antioksidant tərkibli qidalardan qarağatı, yaşıl çayı, zərdəçal və narı misal olaraq göstərə bilərik. Lobyanın tərkibində olan antioksidant düşünün ki, bu qeyd etdiyimiz bütün qida növlərin tərkibindəki antioksidantdan daha çoxdur. Xəstəliklərə qarşı müqavimət göstərməyimiz üçün immunitet sistemimizin dəstəklənməsi çox əhəmiyyətlidir. Bunun üçün ehtiyac duyduğumuz vitamin və minerallardan dəmir, E vitamini, maqnezium və kalium paxlalılarda yer alır.

Gündəlik qida rasionunuza lobyanı əlavə etsəniz ürək-qan-damar xəstəliklərindən əziyyət çəkmə riskiniz 25% azala bilər.

Enerji mənbəyidir və arıqlamağa yardımçı olur

35 artıq çəkili kiş üzərində ararılan sınaqda onlara 8 həftəlik xüsusi qida rasionu təyin edilib və bir hissəsinə qida rasionunda daha çox paxlakimilərə aid olan ərzaqlardan verilib. 8 həftənin sonunda həmin kişilər digərlərinə nisbətən daha çox çəki itirib, qan təzyiqləri normalaşıb və bədənləri daha gümrahlaşıb. Çünki paxlalı yeməklər insanın acma sürətini azaldaraq, toxluq müddətini uzadır. Bu səbəblə lif baxımından olduqca zəngin paxlalılar arıqlama pəhrizlərinin əvəzolunmaz elementi kimi də seçilə bilər.

Paxlalıların tərkibində orqanizmin bütün sistemlərinə faydalı vitamin və minerallar var. Onlardan biri də kalsiumdur. Tərkibindəki kalsium sayəsində sümük inkişafı və sağlamlığını qoruyur.

Paxlalılar eyni zamanda B vitamini qaynağıdır. Daşıdığı B12 ilə yanaşı, tiamin, riboflavin, niasin və fol turşusu kimi B vitaminləri sinir sisteminin nizamlı işləməsinə töhfə verir.

Paxlalılar orqanizmdə xolesterinin sağlamlığını aşağı salır və bununla da ürəyi və damarları xəstəliklərdən qoruyur. Bu səbəblə ürək xəstələrinin həftədə iki dəfə paxlalılardan yemələri məsləhət görülür.

Yaşlanmanın sürətini azaldır

Qırmızı şərabın tərkibindəki resveratrol maddəsi barədə eşitmişsiniz? Araşdırmalara görə bu maddə DNA-nı müxtəlif ətraf təsirlərdən qoruyur və zədələnməsinin qarşısını alır. Nəticədə sizin yaşlanmanız zəyifləyir. Düşünün ki, paxlakimilərdə də qırmızı şərabın tərkibində olan qədər bu maddədən var. Xüsusi ilə qırmızı lobya və mərcidə bu maddənin dozası daha yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика