Arıqladan sərinləşdirici içki reseptləri

sərinləşdirici içki . arıqladan içkilərYay aylarında gündəlik maye ehtiyacının ödənilməsinə daha çox diqqət etmək lazımdır. Bu prosesdə kifayət qədər maye sərf etməyən insanlarda baş ağrısı, başgicəllənmə, halsızlıq kimi şikayətlər ortaya çıxır. Bu da daha ciddi sağlamlıq problemlərinin yaranmasını qaçılmaz edir.  Agroexpert.az sərinləşdirici içki reseptlərini və su istehlakını artırmaq istəyənlərə mühüm tövsiyələri təqdim edir.

Səhər oyandıqda su için. Yetişkin bir fərdin gündəlik maye ehtiyacı orta hesabla 2-2,5 litrdir. Bu maye ehtiyacının ən az 1- 1,5 litr qədəri mütləq su kimi istehlak edilməlidir.

Əgər kimsə su içməyi suyun dadına görə sevmirsə, bu reseptlərdən istifadə etsin.  Həm suyu dadlandıran, həm də metabolizmi sürətləndirərək sağlam bir şəkildə arıqlamağa kömək edən reseptlər.

Arıqladan sərinləşdirici içki reseptləri. 

-3-4 dilim qabıqlı limon, 3-4 təzə nanə yarpağı, 1 ədəd kiçik təzə xiyar, bir dəstə cəfərini 1-1,5 litr suya qoyun. 2-3 saat soyuducuda saxladıqdan sonra içə bilərsiniz.

-1 ovuc içi qədər çiyələk, 3-4 təzə nanə yarpağı, bir dəstə şüyüdü 1-1,5 litr suya qoyun. 2-3 saat soyuducuda saxladıqdan sonra içə bilərsiniz.

-Yarım limonun suyu, 1 qoz qədər zəncəfil, yarım yaşıl alma, 3-4 təzə nanə yarpağını 1-1,5 litr suya qoyub 2-3 saat soyuducuda saxladıqdan sonra içə bilərsiniz.

sərinləşdirici içki . arıqladan içkilər

-1 ovuc dolusu çiyələk, 1 incə dilim (100 qr) qarpız, 1 stəkan laktozasız süd, 1 çay qaşığı vanil ekstraktını blender və ya shakerdən keçirin.

– 3-4 nanə yarpağı, 1 ədəd kiçik xiyar, 1 stəkan yağsız kefir, 1 stəkan mineral su blender və ya shakerdən keçirin.

-5-10 dəqiqə dəm almış və soyudulmuş 1 stəkan razyana, 1 ovuc çiyələk, 1 qutu sadə probiotik qatıq, 1 çay qaşığı darçın qarışdırıb için.

 

Müəllif: Aysel Selcan.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!