Armud ağacına qulluq

Armud bütün iqlim şəraitinə uyğunlaşan bir payız meyvəsidir. Armud meyvəsi heyva və alma ailəsindən gəlir. Almanın və heyvanın yetişə bildiyi hər yerdə armud yetişir. Armudun növləri çoxdur. Qulluq məsələsində hər müxtəlif növə eyni qulluq xüsusiyyətləri olur. Agroexpert.az armuda qulluqda diqqət edilməsi lazım olan vacib nöqtələri təqdim edir:

armud agaci
  • Armud ağacının torpağının işlənməsi: Armud bağı torpağı  ildə iki dəfə işlənməlidir. Yabanı otlar bu sahələrdən təmizlənib, ağacların kökləri hava almalıdır. Armud ağacının torpağı nəm qalmalıdır. Rütubəti bitən torpağa mütləq su əlavə edilərək torpaq nəmləndirilməlidir.
  • Gübrələnmə prosesi: Torpağın vitamin dəyərini artırmaq və meyvələrin keyfiyyətini artırmaq üçün mütləq gübrələmə düzgün və vaxtında aparılmalıdır.
  • Budanması: Payız yarmaqlarının düşməsindən sonra armud ağaclarının budaqları dikinə budanmalıdır.
  • Armud yığımı: Armud yığımı armudun cinsinə görə dəyişir.Adətən payız mövsümündə armudlar saraldığı zaman yığılmalıdır. Məhsul yığıldıqdan sonra torpaq mütləq suvarımalıdır.
  • Meyvənin suvarılması: Armud ağacı nəm torpağı sevsə də çox tez-tez suvarılan armud ağaclarında göbələk yarana bilər. Bu səbəblə vaxtında və kifayət qədər suvarma aparılmalıdır.
Armud ağacının yarpaqlarının saralması

Armud ağacında yaranan yarpaq saralmaları adətən vitamin və mineral çatışmazlığından baş verən bir haldır. Armud ağacları üçün azot vitamini çox əhəmiyyətlidir. Azot çatışmazlığında isə yarpaqlarda kiçilmələr, büzüşmələr, yarpağın rənglərində göyərmələr, qızartılar və saralmalar yaranır. Saralan yarpaqlar isə tezliklə tökülür. Yarpaqları saralan armud ağaclarında məhsuladarlıq azalır, çiçəkləri sürətli bir şəkildə tökülür. Və alınan meyvələr şəkilsiz və kiçik olur. Yarpaqların saralmasındaki digər bir amil günəş şüasından istifadə etməməsi və həddindən artıq suvarılmasıdır. Yarpaq saralmasına səbəb olan bir çox amillərdən yalnız bir neçəsidir. Armud ağaclarında yarpaq saralmaları kökdə baş verən bir sıra xəstəliklərdən da qaynaqlana bilər. Bu səbəblə torpaq analizi mütləq aparılmalıdır.

Armud ağacı xəstəlikləri
armud ağacı

Armud ağacı xəstəlikləri, bir sıra vitamin və mineral çatışmazlığından qaynaqlanır. Hava şərtlərindən dolayı da xəstəliklər əmələ gələ bilər. Armud ağacının xəstələnməsinə səbəb olan vitamin və mineral çatışmazlıqları isə sink çatışmazlığı, kalium çatışmazlığı, azot çatışmazlığı, bor və dəmir çatışmazlığı armud ağaclarında ciddi zədəyə və xəstəliklərə səbəb olur.

Armudun faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!