Armud bəkməzinin hazırlanması və faydaları

Armud bəkməzi əgər reseptə əməl olunarsa, hər kəs tərəfindən lazım olduğu qədər hazırlana bilər. Hazırlanmış bəkməzlər soyuducuda saxlanıldıqca uzun müddət istifadə edilə bilər. Ləzzətli bəkməz hazırlamaq üçün armudların məhsul yığımı zamanı toplanmasının vacib olduğunu qeyd etmək lazımdır.

Armud yetişdiriciləri də armud toplayaraq bəkməz hazırlanmasında istifadə edə bilərlər. Bazardan, ya mağazalardan aldığınız meyvələrin təzə olmasına və mümkünsə yeni toplanmasını diqqət etmək lazımdır.

armud bəkməzi agroexpert.az
Armud bəkməzini necə hazırlamaq olar?

Armud bəkməzi hazırlamaq üçün elə də çox ərzaqa ehtiyac yoxdur. Bunun üçün armud və su kifayətdir. Yığılan armud yaxşıca yuyulmalıdır. Armudda hər hansı bir xarici maddə,çürük varsa təmizlənməlidir. Daha tez müddətdə qaynadılmasını təmin etmək üçün dilimləmək tövsiyə olunur. Dilimlənmiş armudlar qazana atılıb qaynadıla bilər. Kəndlərdə bu proses çox vaxt çöl mühitində baş tutur və armud odun ocaqlarında qaynadılır. Qaynama prosesi 6-7 saat arasında davam edə bilər.

Armudun növündən və quruluşundan asılı olaraq 10 saata qədər qaynatmaq lazım ola bilər. Qaynayan armudun şərbəti alındıqdan sonra süzmə prosesi aparılır. Armudlar ayrı bir yerdə toplanır. Qazandan alınan şərbətin yenidən qaynadılması lazımdır. Şərbət tündləşdikdə və köpüklər yığılmağa başlayanda, şüşə qablara və ya saxsılara doldurula bilər. Qeyd etmək lazımdır ki, şərbətin sərin və qaranlıq yerdə saxlanmasına diqqət yetirilməlidir.

Evdə armud bəkməzi hazırlanarkən nəzərə alınmalı olan şeylər

Şərbət əldə edildikdən sonra yenidən qaynatmaq lazımdır. Şərbətin dadına və qatılılğına diqqət yetirmək lazımdır. Şərbətin qaynadılarkən onu vaxtaşırı qarışdırmaq məsləhətdir. Buna onun dibinin yanmaması üçün əməl etmək lazımdır. Bəkməz hazır olana yaxın köpüklər meydana gəlməyə başlayacaq. Şərbət çox tündləşmədən əvvəl onu sobanın üzərindən götürmək lazımdır.

Armud bəkməzinin faydaları

Armud meyvəsində bir çox vitaminlərin olduğunu və yararlarını hamımız bilirik. Buna görə də armudun saf meyvə kimi müntəzəm istehlakına da diqqət yetirilməlidir. Armud meyvəsindən alınacaq faydalar armud bəkməzinin faydaları arasında da var. Armud bəkməzi böyrəklərin daha yaxşı işləməsinə kömək edir. Böyrək daşı və digər böyrək şikayətləri olanlar bəkməzi istehlak edə bilərlər. Bəkməz toksinlərin bədəndən çıxarılmasına kömək edir.

İştahsız uşaqlar üçün yaxşı bir iştah açan məhsul kimi də istifadə edilə bilər. Yüksək qan təzyiqi olanlar qan təzyiqini aşağı salmaq üçün bundan istifadə edə bilərlər. Susuzluğu aradan qaldıraraq bağırsaqlara yumşaqlıq verir və həzm sistemini yaxşılaşdırır. Artıq istehlak edildikdə isə şişkinlik kimi problemlər baş verə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!