Bitkilər Məhsullar

Armudun bilmədiyiniz faydaları

agroexpert433Qədim kitablarda göstərilir ki, armud Şah Abbasın vaxtında İsfahanda yetişdirilməyə başlanılıb. O zaman armuda “Abbasi” adı virilibmiş.
Armud tez həzm olunur, tumu isə bərkidicidir. Tumu mədə-bağırsağı təmizləyir. Armudun üstündən su içmək olmaz, köp yaradır. Yaşlı insanlar armudun sulu ve dəymişini yeməlidir.Armudun şirəsini sıxarkən qabığlı sıxmaq lazımdır.
Armud ürək-qara ciyər üçün də faydalıdır. Ancaq yeyərkən qabığının soyulub yeyilməsi məsləhətdir. Çünki mədədə ağırlıq yarada bilər.Revmatizm xəstəliyinə də çox kömək edir.
Armud həmçinin orqanizmdən zəhərli maddələri dəf edir, rəngi təravətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.Meyxoş armud şəkər xəstələri üçün münasibdir.
İştahı artırır, qan təzyiqini tənzimləyir, ürəkbulanmanın qarşısını alır, öd kisəsi üçün faydalıdır.Mədə pozğunluğu zamanı armudun bərk və susuz olan yabanı növlərindən yemək məsləhətdir.
Böyrək və sidik kisəsində daşı olanlara 50 qr armud yarpağı, bir o qədər də alma yarpağı bir yerdə dəmlənilib içilməlidir.  Armud böyrəklər və böyrək daşları üçün faydalı meyvədir. Bundan başqa armud, sidik yollarındakı iltihabları təmizləyir, sidiyə çıxmağa kömək edir. Qanı təmizləyərək menstruasiyanı normallaşdırır. Qəbizlikdə armud yaxşı təsir edir. Həzm sistemini qüvvətləndirir, susuzluğu yatırır. Zehni gücləndirmək üçün də  yaxşı qida hesab olunur. Hamiləlik dövründəki qusmalara, oynaq problemlərinə kömək edir. Armud duz baxımından zəngindir. Həzmi yaxşılaşdırır,  ürəyin qüvvətlənməsinə, soyuqdəymə və qrip xəstələrində halsızlığın sovuşdurulmasında ən böyük nemətdir.
Əsəbi hallarda yeyilən armud insanı sakitləşdirə bilər.
Armudun faydaları:

1. Armud qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları  təmizləyir, qəbizliyin qarşısını alır.

2. Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.

3. Armud kaliumla zəngindir. Bu mineral ürək üçün olduqca faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ritmini tənzimləyir.

4. Armud yüngül sidikqovucu təsirə malikdir.

5. Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.

6. Armud C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığında çox böyük rol oynayır.

7. Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: