Artıq bizdə də bitki xəstəlikləri proqramlarla öyrəniləcək..

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əməkdaşlığa başladı.

Aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi  ilə bağlı birgə razılığa gəliblər.

Yeni startap layihənin reallaşdırılması nəzərdə tutulur. Beləki,

Əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış formada müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi  ilə əlaqədar layihəni reallaşdıracaqlar.

Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.

Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.

Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика