Arum zambağı bitkisi

agroexpert_Arum zambağıArım zambağı mayallanmaya hazır olduqda kəskin iyli ammonyak qazı (NH3) yaymağa başlayır. Çiçəyin son dərəcə maraqlı quruluşu var. Tozcuqların olduğu hissə ağ yarpağa bənzər qutunun dib tərəfdədir və çöldən görünmür. Buna görə də sadəcə iyi yaymaq böcəklərin diqqətini çəkmək üçün kifayət deyil. Tozcuqlar mayallanmaya hazır olduqda zanbaq yaydığı qoxu ilə birlikdə çiçəyin xaricdə qalan hissəsini də isidir. Bir gün ərzində reallaşan istilik və qoxu böcəklər üçün çox əhəmiyyətlidir. “Bu istilik və qoxu necə yaranır?” sualına cavab tapmağa çalışan elm adamları bitkinin maddələr mübadiləsinin sürətlənməsi nəticəsində ortaya xüsusi turşu çıxdığını tapıblar.

Qlutamin turşu adlanan bu maddənin kimyəvi yollarla parçalanması nəticəsində çiçək istilik və qoxunu meydana gətirir. Bunun sayəsində böcəklər çiçəyə yaxınlaşırlar. Lakin bu böcəklər üçün kifayət deyil, çünki arım zambağının tozcuqları dibdə bağlı torbacıqlarda olur. Çiçək buna da hazırlıqlıdır. Xarici səthi yağlı olduğu üçün gələn böcəklər sürüşərək aşağı çiçəyin içinə düşür və bir daha da sürüşkən divarlardan yuxarı dırmaşa bilmirlər. Olduqları hissədə çiçəyin dişi orqanlarının hazırladığı şəkərli maye var. Bundan başqa gecə vaxtı tozcuqların bağlı olduğu torbacıqlar açılır və böcəklər bunlara bulanırlar.

Böcəklər çiçəyin içində bir gecə qalırlar. Səhər tezdən çiçəyin üzərində olan tikanlar bükülərək böcəklərin yuxarı dırmaşması üçün nərdivan funksiyası daşıyırlar. Nərdivandan dırmaşan böcəklər, azadlıqlarına qovuşan kimi vəzifələrini yerinə yetirmək üçün mayallanmaya hazır olan tozcuqlarla birlikdə başqa zambağa üz tuturlar.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!