Xəbərlər

Astaranın çay plantasiyalarında məhsul yığımı başa çatıb

Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Bu il rayonda mövcud olan 345 hektar çay plantasiyalarından 530,2 ton məhsul yığılıb.

Çay plantasiyalarında 

çay plantasilarındaRayon Statistika İdarəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Hər hektarın məhsuldarlığı 6,3 sentner artaraq 28,4 sentnerə çatdırılıb.

Astarada yaşıl çay yarpağının emalı məqsədilə 3 çay fabriki fəaliyyət göstərir.

Qeyd edək ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi sahəsində görülən işlər aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaradıb.

Qeyri-neft sektorunun inkişafında bir vaxtlar geniş şöhrət qazanmış təsərrüfat sahələrinin bərpası mühüm rol oynayır. Bu baxımdan, bitkiçiliyin ənənəvi sahələrindən olan çayçılığın inkişafı istiqamətində tədbirlər davam edir. Mülayim-subtropik iqlim qurşağında yerləşən Astara rayonunda çayçılığın inkişafına diqqət artırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda da ölkəmizdə çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Çay çoxillik bitkidir, hər torpaqda bitmir, əkiləndən 7 il sonra məhsuldarlığa çatır və daha çox aqrotexniki qulluq tələb edir. Astarada çay bitkisi ilk dəfə 1912-ci ildə əkilib.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: