Astaranın çəltik sahələrindən 774,1 ton məhsul yığılıb

Astara rayonunun çəltik sahələrində məhsul yığımı kampaniyası davam edir. İndiyədək 187,6 hektar sahədən 774,1 ton məhsul yığılıb.

Bu barədə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov məlumat verib.

Bildirilib ki, bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,2 sentner təşkil edib.

Bu ilki əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərindəki təsərrüfatları əhatə edib.

Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşimi”, “Sədri”, “Apula, “Şiruzi”, “Xəzər”, “Okean və “Həsəni” kimi toxum növlərinə üstünlük veriblər.

çəltik agroexpert.az

Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb.

Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 4-5 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.

Qeyd edək ki, ötən il Astara rayonunda 236,7 hektar sahədən 994 ton düyü məhsulu istehsal olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669