At almadan əvvəl bunlari bilməliyik – 5 vacib məlumat

Atlar 30 ilə qədər yaşayır. Buna görə də at almadan diqqətlə düşünməli və uzun müddət plan qurmalısınız. Heç bir heyvan at qədər insanlığa yararlı olub sevilməyib. Yalnız Amerikada iki milyondan çox atın sahibi var.Bu atların bir qismi təsərrüfat, bir qismi də yarış səbəbinə görə saxlanılır. Keçmişdə yalnız yük heyvanı kimi görünən atlar artıq evcil heyvan olaraq təsərrüfatda lazımlı, həm də ən yaxın dost olaraq qəbul edilir.

at seçimi agroexpert.az

İnsan və at arasında olan bağlılıq inkar edilə bilməz. Aralarındakı dostluq və güvən hissi insanla başqa heç bir heyvan arasında yoxdur. Atlar- ən böyük istəkləri sahiblərini məmnun etmək və sevilmək olan zərif,duyğusal və soylu heyvanlardır. Bahalı olsalarda bu qiymətə dəyərlər.

Əsas olan satış qiyməti yox, qulluğ üçün xərclənəcək məbləğdir.

At aldığınız zaman verdiyiniz məbləğdən əlavə ata baxmaq üçün müəyyən vaxtlarda təlabatı ödəyəcək xərcləriniz çıxacaq. Təbii ki, ilk növbədə saman və yem təmin etməyiniz əsas şərtdir. Bunların qiyməti dəyişkən olur. İnsanlar kimi atlar da vaxtlı-vaxtında həkim müayinəsindən keçməlidir. Yoluxucu xəstəliklərdən qorunmaq üçün müəyyən vaxtlarda peyvənd olmaları, dişlərinin yoxlanılması, hətta bəzən xüsusi bir proseslə düzləşdirilməsi lazımdır. Dırnaqları daim uzanır. 6- 7 həftədən bir dırnaqları kəsilməli, nalları dəyişilməlidir. Atınızı daramaq üçün daraq və xüsusi alətlərə, ata minmək üçün isə yəhərə ehtiyacınız olacaq. At sahibi olmaq valideyn olmağa çox bənzəyir.

Yem və yer
qarabağ atçılıq kompleksi. qarabağ atları

Yaşadığınız yerdə at saxlamaq üçün sahə, arakəsmə hasar, tövlənin içərisində günlük yemləmə yerləri, daramaq üçün xüsusi yer və qaçış yerində müəyyən maneələr lazımdır. Atların hərəkəti üçün geniş sahəyə ehtiyac var. Təcili bir hal baş verdiyi zaman atı aparmaq üçün bir yük maşınınızın olması yaxşı bir tədbirdir. Yem və saman uyğun şərtlərdə saxlanmalıdır.

Təmizliyi də unutmayın! İt və pişiklərdən fərqli olaraq atların gündə 12 dəfə təmizlənməsi lazımdır. Bu da daha çox zəhmət tələb edir.

Mütəxəssislərlə məsləhətləşməlisiniz

At almadan əvvəl bir baytar və ya bir at mütəxəssisi ilə məsləhətləşməniz faydalı olacaq. Mütəxəssisin sizin ata minmək qabiliyətiniz və hədəflərinizlə bağlı bir fikir irəli sürməsi vacibdir. Avtomobil almadan əvvəl bir ustanın onu yoxlaması kimi, heyvan alarkən də baytarın onu müayinə etməsi lazımdır. Bu atın uzun müddət sağlam və yararlı olmasına təsir edəcək və problemləri öncədən aşkarlayacaq. Müayinə nəticəsində əldə etdiyiniz mətlumatlara əsasən atı alıb -almayacağınızı qərar verəcəksiniz.

Bacarıqlarınız və hədəflərinizi dəqiqləşdirin.

Ehtiyacınız olandan daha çox keyfiyyətli at almaq alacağınız həmin heyvan (at) üçün təhlükəlidir. Professional dərslər üçün pul ödəmək istəmirsinizsə güvənlə sürə biləcəyiniz bir at almaq kifəyətdir. Atı nəyə istifadə edəcəyinizi əvvəldən müəyyənləşdirməyiniz mütləqdir. Gəzinti üçün bir at istəyirsinizsə ov və yarış atı almağınız tamamilə yersizdir.

Atı hardan alacağınızı qərarlaşdırın

Güvənli bir satıcıdan alver etməyiniz çox vacibdir. At alverçiləri ikinci əl avtomobil satıcılarına bənzəyirlər. Atın daha çox gənc,təlimlərdən keçmiş, daha sakit olduğunu iddia edirlər. Lakin çox vaxt heyvanı yanlış tanıtmış olurlar. Heyvan yetişdirən və böyük at tövlələrində daha yüksək keyfiyyətli atlar baha qiymətə satılır. Qiymətləri yüksək olsa da axtardığınız xüsusiyyətləri daşıyan atları oradan daha rahatlıqla tapa bilərsiz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669