Atlara xas xüsusiyyətlər

Üçüncü Roma imperatoru Qay Yuli Sezar Kaliqula çox sevdiyi atını senator elan etmişdi. 

Atlar haqqında maraqlı məlumatlar

Nağıllarda əsas qəhrəman(lar)dan sonra ikinci yerdə duran, sevimli obrazlardan biri olan at, xilaskar, igid, mehriban, sadiq şəkildə təsvir olunur. Atın bu xüsusiyyətləri əslində olduğu kimi təsvir edilir. Çünki itlərdən sonra insanların ən sadiq dostu atlardır. Əhilləşdirilmiş atlar heç bir zaman sahiblərini tərk etməzlər. Döyüş meydanında onları tək qoymayan atlar, hətta cəngavəri yaralı, ya da ölmüş halda evə geri qaytarırdılar. Aparılan araşdırmalara görə məlum olub ki, əslində qanın qoxusu atları çox narahat edir.

Fədakarlıq, sadiqlik xüsusiyyətləri illər, əsrlər keçsə də onları tərk etməyib. Məsələn, yaxın keçmişdə maraqlı bir hadisə baş verib. 1923-cü ildə at yarışı zamanı ürək tutmasından ölen jokey (at sürücüsü), öldükdən sonra yarışı qazanmış yeganə jokeydir.

Həmçinin, atlar bir çox xəstəlikləri müalicə etmək qabiliyyətinə malikdirlər. 

Yəni bir terapiya üsulu olaraq istifadə edilirlər. Onurğa problemi olan, azyaşlı uşaqların  hərəkət sisteminin reabilitasiya kursları zamanı onlardan istifadə olunur. Həm də atların insanın psixologiyasına təsir etmə gücü var. Onlar güvən, ünsiyyət, özünə inam problemləri olan insanlara köməlik edirlər. atlara xas xüsusiyyətlət

Atların insanlara görə daha çox inkişaf etmiş duyğu-hiss etmə bacarıqları var. Onlar insanların eşidə bilməyəcəkləri səsləri rahatlıqla eşidirlər. İnsanın səsindən onun emosiyasını anlaya bilirlər. Atların güclü qoxu bilmə qabiliyyəti var. Bu səbəbdən onlar qoxlamaqla alkoqollu insanı tez tanıyırlar. Onlar görmə qabiliyyətlərini itirsələr belə, bu qabiliiyyətləri sayəsində istənilən məsafələri qət edə bilirlər. Onlar rahatca tövlənin yerini, atlının və yəhərinin iyisindən tanıyaraq ona çata bilirlər. Həmçinin bu hisləri sayəsində otların yeməli olub-olmamasını da müəyyən edirlər.

At qaranlıqda çox yaxşı görür.

Çünki atın çox inkişaf etmiş görmə qabiliyyəti var. Atlar da insanlar kimi rəngli görür. Lakin qırmızı və göy rəng atlar üçün də görünməz olaraq qalır. Atlara xas unikal xüsusiyyət odur ki, gözləri panorama şəkildə görə bilir. Yəni görmə bucağı 360 dərəcə tәşkil edir. Bu isə o deməkdir ki, atlar nəinki yanlarında və öndə, hətta arxada nə baş verdiyini görürlər. İki kor nöqtələri var – tam ön və tam arxa.

Atların yaşını dişlərinə görə müəyyən edirlər. Necə? Yedikləri ot qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınır. Lakin atların dişləri uzun olur. Dişləri çənə sümüyünün çox dərinlərinə qədər basdırılan uzun lentlər şəklindədir. Dişlərinin kök qisimi çox dərindədir. Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxır. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə gəlir. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Məhz bu aşınmanın miqdarına görə atların yaşını təxmin edirlər.

atlar haqqında maraqlı məlumatlar Atların tükləri isə bədən istiliklərinin nizamlanması üçün termostat (istilik nizamlayıcısı) funksiyasını yerinə yetirir.

Bədənlərinin temperaturu hər zaman 38C olmalıdır. Bu istiliyin qorunması üçün soyuq qış günlərində atın tükləri uzanar, isti mövsümlərdə isə tökülər. Bu proses bədən istiliyinin sabit qalmasını təmin edər.

Atlar ayaqları üstündə yatarlar. Bu necə baş verir? Ayaq sümüklərində kilidlənə bilmə xüsusiyyəti vardır. Bu xüsusiyyət sayəsində həm də çox ağır yükləri daşıya bilərlər. Atlarda digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur. Bu da onların daha böyük addım ata bilmələrini təmin edər. Lakin atın ayaqlarından birinə zərər dəyərsə, üç ayağı üstə dura bilmir. Səbəbi isə çəkisinin ağır olması, özünü tarazlaya bilməməsidir. Buna görə də, ayaqdan zədələndikdə böyük əziyyət çəkir. Ayaq zədəsi çox uzun müddətə sağalır və atın inkişafının qarşısını alır.

Atların dırnaqları onların qan dövranında mühüm rol oynayır. Dırnaqlara düşən ağırlıq qüvvəsi onlara təzyiq edərək qanın yuxarı hərəkət etməsini təmin edir. Həmçinin atların dırnaqları və dodaqları onların ən həssas və ideal hissetmə xüsusiyyətinə malik duyğu orqanları hesab olunur.
Atlar haqqında çox danışmaq olar. Sevilməyə layiq olan atların sahib olduqları xüsusiyyətləri, maraqlı məlumatları saymaqla bitirmək mümkün deyil…

Atlar haqqında daha geniş məlumat üçün Oxu…

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107