Atların yemləndirilməsi və atlara qulluq

Atların bir canlı olduğunu, həm də insanlara ən yaxın bir heyvan olduğunu bilirik. Bu heyvanlar çox ağıllı və sevimlidirlər. Atlar insanlar tərəfindən əhliləşdirildikdən sonra onların yemləndirilməsi və vaxtlı vaxtında qulluq edilməsi at sahiblərinin əsas işlərindən birinə çevrilib.

Belə ki, at yetişdirməyə qərar verdiyimiz andan etibarən, atların bəzi dərmanlarını və ilk yardım çantasını hazır şəkildə və təmiz bir yerdə saxlamaq lazımdır.

atlara qulluq hamilə atlar agroexpert.az
Atların hamiləlik dövrü

Atlarda hamiləlik müddəti at cinsinə görə fərqli müddətləri əhatə edir. Atlarda hamiləlik müddətində son 3 ay çox vacibdir. Bu müddət ərzində quru yem azaldılıb yaş yemlər verilməsi daha uyğundur.

Laktasiya dövrü 5 ay çəkir. Bir günlük süd vermə qabiliyyəti 10-20 kq arasıdır.

Normal bir atın su ehtiyacı 19-45 litr arası dəyişir. Hamiləlik dövründə bu miqdar daha da artır. Dayça doğumdan sonra ilk gün öz çəkisinin 1/10 qədər ağız südü içir. (Ağız südü ilk 3 gün ərzində gələn və balanın yaşaması üçün vacib maddələrin olduğu daha keyfiyyətli və fərqli tərkibi olan süddür.)

Əgər dayçaya anasından deyil, başqa vasitədən süd içirilirsə onu doyana qədər içirmək və balanı tək qoymamaq lazımdır. Südün bədən tempraturunda olması çox vacibdir.  Dayçaların 1 yaşında olan çəkisi yetişkin atın 75%-i ağırlığında olur. həmin vaxt boyları normal at hündürlüyünün 90%-na çatır.

Buna görə yaxşı bəslənməlidirlər. 4-cü həftədən sonra ananın südü artıq yetmir və bala heyvanın böyüməsi üçün lazım olan yemlər verilir.

Süd əmizdirmə müddətində yem olaraq yalnız buğda verilməsi məsləhətli deyil. Çünki içində protein və mineral maddələr əskikdir. 2 aydan çox yonca verilərsə böyrəklərində daş yarana bilər. Həm də yonca 2-3% atlarda allergiya yaradır.

Atların yemləndirilməsi

Atlar gündə 3 dəfə yemlənir. Lakin atlar gün ərzində iki dəfə yemlənməlidir.  Belə ki, gündüz 10 saat, gece, 14 saatlıq fərq ilə yemləmək lazımdır. Atların çox az müddətdən bir yemlənməsi onların orqanizmasında problemə yol aça bilər.

Atların doğru bəslənməsi üçün əvvəl ehtiyacın müəyyənləşdirilməsi lazımdır. Bununla birlikdə, qida maddələrinin atın hərəkəti və fəaliyyətinə görə tənzimlənməsi əsasdır.

a) Fəaliyyət ilə qidaya ehtiyac artır.

b) İş səmərəliliyi qida ehtiyacını artırmır və ya nadir hallarda artırır.

Enerji, elektrolitlər, bəzi iz elementləri və vitaminlər ağla gələn ilk qidadır.

Yem dəyişdirmə riskli bir prosesdir.

Bu risklər hər quru ot və konsentrat yemlər üçün ayrı-ayrı yaranır. Təhlükələr əsasən otlaq dövründə və ya anbarın girişində (3-5 gün) baş verir. Çəmənliyə getmədən əvvəl atlar quru otla qidalanmalıdır. Çəmənlikdə cücərmə yüksək olduqda köp yaranma ehtimalı artır. Bu vəziyyətdə səhər otlamağa getmədən əvvəl ata konsentratlaşdırılmış yem verilməməlidir.

atlara qulluq və atlara baxım agroexpert.az

Ümumiyyətlə, qidalanma zamanı enerji vəziyyəti vacibdir.

Atlara qulluq və təmizlik

Atların təmizliyinə də diqqət yetirilməlidir. Qulluq insan və at əlaqələrini möhkəmləndirən, dəri sağlamlığını inkişaf etdirən vacib bir prosesdir. Heyvan mağazalarında at baxım avadanlıqlarını (fırça və s.) tapa bilərsiniz. Baxımın nə qədər tez-tez yerinə yetirildiyi barədə hər hansı bir qayda yoxdur. Bəzi at sahibləri hər gün atları ilə ünsiyyət qurmaq üçün bunu sevərək edirlər. Bəziləri isə atlarını həftədə bir dəfə təmizləyirlər. Həftədə bir dəfə yayda isti havada atları xüsusi şampunlarla yumaq da faydalıdır.

İldə bir dəfə dişləri və 4-5 həftədən bir dırnaqları yoxlanmalı, vaxtı vaxtında nalları dəyişilməlidir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669