Avropa Birliyində təbii məhsullara tələbat artıb

Bütün dünyanı öz ağuşuna alan COVİD-19 virusu demək olar ki, heç bir sahəyə təsirsiz ötüşmür.

COVİD-19 pandemiyası öz növbəsində kənd təsərrüfatı bazarlarına da böyük təsirini göstərir.

Avropada koronavirus pandemiyası başlayandan bəri istehlakçıların təbii məhsul və giləmeyvəyə olan tələbatında bir xeyli artım müşahidə olunmağa başlayıb. Bu barədə Avropa Birliyinin müxtəlif ölkələrindən olan pərakəndə satış şəbəkələri və sənaye birliklərinin nümayəndələri məlumat verirlər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  investisiya şöbəsinin iqtisadçısı Andrey Yarmak açıqlama verib:

“Avropa Birliyinə üzv olan ölkələrin sakinləri həmişə gəlirlərinin yalnız kiçik bir hissəsini qida ərzaqlarına xərcləmələri ilə diqqət çəkirdilər. Ancaq korona böhranı səbəbindən bu gəlirlərin azalması belə istehlakçıların məhsullara xərclənən pula qənaət etməsinə səbəb olmadı. Onlar bu böhran dönəmində belə ən keyfiyyətli, ən bahalı təbii məhsul almaqları ilə diqqət çəkirlər.

Hansı məhsullar insanı daha cox acdırır və iştax açır

Insanların üzvi məhsullara marağının artma səbəbi nədir?

Üstəlik, bir çoxları öz immunitetlərini gücləndirmək və sağlam bir diyetə keçmə yollarını axtarmağa başladılar. İstehlakçılar əsasən üzvi məhsulların daha sağlam və daha yaxşı olduğunu düşünürlər. Buna görə də bu kateqoriyada, xüsusən də meyvə-tərəvəz seqmentində satışlarda kəskin şəkildə artım müşahidə olunur”.

Bu məlumat Avropada ən böyük giləmeyvə tədbirlərindən biri olan və bu həftə ilk dəfə virtual formatda keçirilən “Global Berry Congress» zamanı giləmeyvə biznesinin nümayəndələri tərəfindən də təsdiqləndi.

Tədbir zamanı, Almaniyada karantin müddətində “üzvi” (Almaniyada “bio”) sertifikatlı giləmeyvəyə olan tələbatının tədarükü xeyli üstələdiyi və üzvi kateqoriyaya aid digər məhsullarda da oxşar vəziyyətin müşahidə olunduğu bildirildi.

Avropa pərakəndə satıcıları, pandemiya zamanı təzə təbii məhsul istehlakının dərhal 52% nisbətində artdığını bildirirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669