Avropa kartof istehsalçıları Yeni Zellandiyalı kartof fermerlərinin narahatlığına səbəb oldular

Yeni Zelandiyanın kartof yetişdiriciləri, Avropa İttifaqı ölkələrinin bazarında həddən artıq çox məhsul olması səbəbindən böyük miqdarda dondurulmuş kartofun Yeni Zellandiya bazarlarına gətiriləcəyindən narahatdılar. Çünki bu Yeni Zellandiyanın yerli fermerlərinin böyük maddi ziyanlarla üzləşməsi ilə nəticələnə bilər.

Dondurulmuş kartof sənayesi rəqiblərin bazara soxulmasını yavaşlatmaq üçün hökuməti təcili müdaxilə etməyə çağırır, lakin hələ ki bu çağırışa mənfi cavab verilir.
dondurulmuş kartof biznesi agroexpert.az

Kartof təsərrüfatı ilə məşğul olan  fermer Tim Payk Avropa ucuz dondurulmuş kartof məhsullarını Yeni Zellandiyaya gətirə bilsə, bunun yerli fermerlərə ciddi zərər verə biləcəyini deyir.

O qeyd edib ki, ən pis halda, gələn il kartof yetişdirə bilməyəcəklər, çünki tələbat olmayacaq.

Yeni Zelandiya Kartof Assosiasiyasının baş direktoru Kris Klaridc fermerin fikirləri ilə razılaşır.

Öz növbəsində o da bildirib ki, Avstraliya, Cənubi Afrika və indi isə Yeni Zelandiya sənayesi qarşıda duran bu məsələyə görə çox narahatdır: “Bu hadisəni sözsüz ki, bazarımızda dondurulmuş kartof qiymətlərində yüksək ucuzlaşmaya səbəb olacaq bir “kartof sunamisi” də adlandırmaq olar”.

Yeni Zelandiyada bazarlarında təklif olunan bütün kartof növlərinin təxminən 15%-i idxal olunur, lakin idxal həcmi biraz da çox artarsa, bu yerli fermerlər üçün heç də yaxşı nəticələnməyəcək.

Yeni Zelandiya kartof sənayesi bildirir ki, Avropalı rəqibləri heç ədalətli mübarizə aparmır və  buna görə də dondurulmuş kartof idxalına müvəqqəti qadağa tələb edirlər.

Bununla yanaşı, ticarət mütəxəssisləri dempinq baş verməzdən əvvəl qadağanın tətbiq ediləcəyini gözləmədiklərini deyirlər.

Dempinq (ingilis dumpinq-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.

Ekspert Çarlz Finni də bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

O deyib ki, belə hallarda bir gecədə heç bir şey həll edilə bilməz, ətraflı bir araşdırma aparılmalı, ictimai bir proses olmalıdır və ilk olaraq Yeni Zelandiya kartof sənayesi üçün real bir risk olduğunu sübut etmək lazımdır.

Həmçinin yerli fermerlər hökumətin öz məhsul istehsalçılarını, yerli fermerləri qorumaq üçün tədbirlər görməkdə gecikə biləcəyindən narahatdılar. Bu qərarların zərər görülmədən qəbul edilməsi onlar üçün çox vacibdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107