Avropa ölkələrindən yerli düyüyə tələbat var

Çəltik istehsalına marağın artırılması üçün “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası son illər bu sahənin dirçəlməsinə xüsusi təkan verib. Bölgənin əlverişli iqlim şəraitinə uyğun olaraq, Biləsuvarda bu sahənin inkişaf etdirilməsində yerli investorlar da maraqlıdır.

Son üç ildə rayonun Səmədabad kəndində yeni texnologiyalar əsasında müasir maşın və mexanizmlərdən istifadə edilməklə çəltik sahələri genişləndirilib.
peyvəndləmə agroexpert

Əsas məqsəd isə yerli bazarda gəlirləri artırmaq və ölkəyə idxal olunan mənşəyi bilinməyən düyü məhsullarının miqdarının azalmasına təsir göstərməkdir.

Türkiyəli aqronom Abdullah Gezgin deyir ki, bu bitkinin Biləsuvarda əkini çox əlverişlidir: “Ötən il 700-750 hektar sahədə çəltik əkdik. Məhsuldarlıq da yaxşı idi. Bu il qızmar istilərdə su problemi yaşandığından ehtiyat tədbirlərimizi görüb, 200 hektar sahədə çəltik əkə bildik. Sonradan suvarma problemimiz həll olundu. Gələn il suvarma çətinliyi yaşanmasa, sahələrimizi daha da genişləndirəcəyik. Biləsuvarın torpağı çox münbitdir. Bərəkətli olduğundan bu bitkini becərmək bizim üçün əlverişlidir”.

Mütəxəssisin sözlərinə görə, hazırda becərilən sortlardan “Apola”, “Okeano”, “Haşimi” kimi tam orqanik, təbii düyü sortları ən çox xarici bazarların maraq dairəsindədir. Ötən il Rusiya bazarına məhsul ixrac olunub, eləcə də düyünün keyfiyyət tərkibinə görə digər Avropa ölkələrindən də tələbat var. Bunu türkiyəli aqronom Abdullah Gezgin də təsdiq edir: “Biz Türkiyədə əkdiyimiz sortlardan hektara 10 tona qədər çəltik yığırıq. Həmin bərəkətli sortlardan burada da əkmək istəyirik. Əgər həmin sortlar burada əkilərsə, zənnimcə, çəltikçilik rayonda əhalinin əsas məşğuliyyəti hesab olunar”.

Hazırda yekunlaşmaqda olan biçin işləri texnikalarla həyata keçirilir.

Mexanizator Anar Mirzəyev bildirib ki, kombaynla biçin zamanı itki də az olur: “Palçıqda mükəmməl və keyfiyyətli biçin aparmaq da mümkündür. Ənənəvi üsuldan çox fərqlidir. Yəni, məhsulumuzu itkisiz və vaxtında yığa bilirik. Çəltiyin döyülmə prosesi də çox gözəl gedir. Baxmayaraq ki, yer palçıqdır, çəltik özü yaxşı quruyub”.

Qeyd edək ki, bu il ölkəmizdə 3000 hektar sahədə çəltik əkini aparılıb. Ümumilikdə bu il Gəncə-Qazax, Lənkəran və Aran iqtisadi zonasına daxil olan 10 rayonda çəltik əkilib. Əkin sahələrinin böyük hissəsi Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673