Avropada kartof istehsalında kəskin azalma müşahidə olunur

Alman kartof fermerləri koronavirusun nəticələrindən əziyyət çəkirlər.

Emal olunmuş kartofun qiymətləri sürətlə düşməkdədir.

Bunun isə iki səbəbi var: böyük kartof ehtiyatları və yeni bir böyük məhsulun gözlənilməsi.

Doktor Olaf Sinke məqaləsində Almaniya (və Avropa) kartof bazarındakı vəziyyətdən danışıb.

Fermerlər və sənayenin ən böyük problemi, şimal-qərb Avropanın bütün əsas istehsalçılarında çox böyük emal olunmuş kartof ehtiyatının olmasıdır.

Dondurulmuş, soyudulmuş və qurudulmuş kartof məhsullarının, əsasən daxili bazarda iaşə sektorlarında satışının kəskin şəkildə azalması və ixrac tədarükünün kəsilməsi səbəbindən 100.000 tondan çox emal olunmuş kartofdan istifadə edilə bilmir. Bunun fəsadları çox ciddidir. Bu kartofların heyvan yemi və ya bioqaz qurğuları üçün istifadə ediləcəyi ehtimal olunur.

Köhnə kartof məhsulu bazarda mühüm rol oynamağa davam edir. Emal olunan kartofun qiymətində artım yalnız onlara olan tələbatın artmasıyla gözlənilə bilər. Lakin əksər prosessorlar hələ də köhnə məhsuldan kifayət qədər tədarükə sahibdir.

 Beləliklə, emal olunmuş kartofun qiyməti iyun ayına nisbətdə iki dəfə daha azdır və qiymətlər hələ də düşməyə davam edir.

Bundan əlavə, başqa bir problem də var. Şimal-qərb Avropada Kartof Yetişdirənlər Birliyi (NEPG), istehlak kartofu əkilən sahənin 2020-ci ildə daha 0,5 faiz artacağını bildirir.

kartofun düzgün saxlanılma qaydları

Əkin sahələrində ən böyük artım Almaniya və Fransada müşahidə olunur. Orada fermerlər emal üçün kartof yetişdirdikləri əkin sahələrinin bir hissəsini süfrə kartofu ilə əvəz etdilər. Təkcə Almaniyada kartof sahələri 2 % artdı.

Bunun bazarın daha da inkişaf etməsi üçün müsbət təsir edəcəyi gözlənilir. Bununla birlikdə, NEPG vurğulayır ki, diqqət sahənin həcminə deyil, məhsulun həcminə yönəldilir. NEPG-yə görə, bu Almaniyada kök yumrusunun əmələ gəlməsi və kartofun erkən məhsuldarlığı normadan aşağı olmuşdur.

Koronavirus pandemiyası bu il bazarı ciddi şəkildə sarsıtdı.

Təmizlənmiş kartof bazarı kimi bir çox satış kanalları hələ də bloklanır. Bir çox istehsal müqavilələri də yeməkxanalardan tələb olmadığı üçün ləğv edilib.

Bu il kartof yığımının böyük olması yalnız Qərbi Avropada gözlənilmir. İki quraqlıq ildən sonra Polşada yağış çox oldu. Beləliklə, Polşa öz kartofunu yetərincə istehsal edəcək və onlar Almaniyadan daha az məhsul alacaqlar.

Hollandiyada əvvəlki məhsulun ehtiyatları hələ də çoxdur və böhran səbəbilə Hollandiya müəssisələri bu il ötən ilə nisbətən təxminən 30 % daha az kartof emal etdilər.

Açıq bazarda fri kartoflarına və emal olunmuş kartoflara tələbat hələ də az olaraq qalır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669