Avropada koronavirus niyə almanın qiymətinin artmasına səbəb olur?

Avropada koronavirus niyə almanın qiymətinin artmasına səbəb olur və bu nə ilə nəticələnə bilər?

Koronavirusun yayıldığı Avropa ölkələrində alma satışında yüksək artım müşahidə olunur. Analitiklərin fikrincə, bunun əsas səbəbi insanların mağaza, bazar və digər adamların çox olduğu məkanlara az getmək istəyidir. Buna görə də onlar uzunmüddət qoruna biləcək ərzaqlardan çox miqdarda alaraq özlərinə ehtiyat toplayırlar.

Bu tendensiya daha çox Fransa, İsveçrə, Almaniya kimi ölkələrdə gözə çarpır. Bu hal almanın qiymətinin yüksək sürətlə artmasına səbəb olur. Çünki Avropanın bir çox ölkələrəni alma ilə təmin edən ölkə İtaliyadır və hazırda İtaliya özü koronavirusun ən çox yayıldığı ölkədir.

Almaya tələbatın belə çoxalması bu təsərrüfatla məşğul olan sahibkarlara da problem yaradır.

Koronavirus təhlükəsindən uzaq olmaq üçün xarici işçilərin bir çoxu İtaliyanın şimal bölgələrini tərk etməkdədir və sahibkarlar işçi defisiti (çatışmazlığı) yaşayır.

Məktəblərin və uşaq bağçalarının bağlanması da bir çox işçinin övladlarına görə işə çıxa bilməməsinə səbəb olur.

Digər problem isə topdan və pərakəndə alıcıların italyan məhsulunun təhlükəsizliyi ilə bağlı əlavə sənədlər tələb etməsidir. Bu tələblərin qanunsuz olduğunu düşünən italiyalı məmurlar, sahibkarlar  cavab addımı kimi məhsulun qiymətini qaldırırlar.

Almaya olan tələbat və qiymət artımı Ukraniya və Moldovanın meyvə ixracatçıları üçün böyük fürsət ola bilər. Çünki bu ölkələrin  meyvələri ilə heç bir Avropa Birliyi ölkələrindəki meyvələr qiymətlərinə görə rəqabətə girə bilməz.

Hazırda Polşa almasını Ukraniya almasından 15-25%, Moldova almasından isə 20-35% daha ucuzdur, amma Polşanın özündə də keyfiyyətli alma ehtiyatı azalmaqdadır. Buna görə də Avropa Birliyi ölkələrində alma qiymətinin artımı mart-aprel aylarında Ukraniya və Moldovadan alma idxalına stimul olacağını istisna edilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!