Avropanın ən böyük çərəz şirkəti yaradılıb

İspaniyanın “Importaco” şirkəti Neapol (İtaliya) mərkəzli quru meyvə və qoz-fındıq şirkəti “Besana” ilə italyan şirkətinin 51 faizini əldə etmək üçün müqavilə imzaladı.

Şirkətlər tənzimləmə təsdiqindən sonra 2020-ci ilin oktyabr ayında qüvvəyə minəcəyi gözlənilən birləşmə ilə beynəlxalq bazarda mövqelərini möhkəmləndirməyi hədəflədiklərini söylədi.

Bu saziş nəticəsində illik dövriyyəsi 770 milyon avro olan, 2000 işçisi, beş ölkədə 17 fabriki, 600-dən çox təchizatçı və ümumi alış həcmi 123.000 ton olan qoz və fındıq, digər çərəzlər və quru meyvə sənayesində qlobal bir şirkət meydana gətirəcəkdir.

Şirkət İspaniya, İngiltərə, İtaliya, Belçika, Almaniya, Fransa, Polşa və Skandinaviya ölkələri daxil olmaqla bir çox böyük bazarlarda təmsil olunacaq.

 “Importaco” və “Besana” bir əsrdən çox sənaye təcrübəsi olan ailə şirkətləridir. Hər ikisində yüksək keyfiyyətli, sağlam qidaların tədarükü və marketinqi üçün müştəri yönümlü bir yanaşma mövcuddur. Fındıq və təbii içkilər üzrə ixtisaslaşan, İspan pərakəndə satışında məhsul satan “Importaco” Mercadonanın əsas tədarükçüsüdür. Şirkət, eyni zamanda, qida maddələri və iaşə bazarlarında da fəaliyyət göstərir.

“Besana” şirkəti isə keyfiyyətə, yeniliklərə və araşdırmalara diqqət yetirərək fındıq, quru meyvə və toxum sahələrində ixtisaslaşır. Bu şirkət həm də ilk növbədə pərakəndə satışa diqqət yetirir. İngiltərə, Belçika, Almaniya, Skandinaviya və Şərqi Avropada, eyni zamanda İtaliyanın daxili bazarında güclü bir mövqeyə malikdir.

 “Importaco” şirkətinin prezidenti Tano Pons, yeni birləşdirilmiş şirkətə sədrlik edəcək. Besana-Kalkanyi ailəsi də rəhbərlikdə təmsil olunur.

Tano Pons iş birliyi haqqında bunları deyib:

“Bu müqavilə ilə davamlı inkişaf və böyümə layihəmizi keyfiyyətə və yeniliyə əsaslanaraq həyata keçirməyə davam edəcəyik. Beynəlmiləlləşmə və ixtisaslaşmağımızdan isə təbii və sağlam qidaların istehsalı üçün istifadə edəcəyik.

Biz həm İspaniyada, həm də digər Avropa bazarlarında yüksək inkişaf potensialı olan güclü bir rəqabət mövqeyinə sahib böyük bir şirkət qururuq.

Dünyanın hazırkı mövcud vəziyyətində yeni bazarların qloballaşması və miqyaslı iqtisadiyyatı yaxşılaşdırmaq üçün güclərin birləşdirilməsi çox vacib məsələdir. Biz də bu yolla həm fəaliyyətimizi genişləndirməyə və gücümüzü artırmağa çalışırıq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!