Avstralorp toyuq cinsi

Avstralorp toyuq cinsi Toyuq biznesi ilə məşğul olanlar bilir ki, elə toyuq cinsi seçmək lazımdır ki, xəstəliklərə dözümlü olsun, saxlanması çətin olmasın və yumurta, ət verimi yüksək olsun. Avstralorp toyuq cinsi məhz bu cür quşdur və son dövrlərdə böyük və orta femer təsərrüfatlarında yetişdirilir.

Avstraliyalı seleksionerlər avstralorpu 19-cu əsrdə Orpinqton və ağ Leqqorn toyuqlarının qarışımından əldə etmişdilər. Nəticədə ildə 300 yumurta və yaxşı ət verən bu toyuq meydana gəlmişdir. Həm də bu verimi xüsusi biclik və kombikomrlar olmadan əldə etmək mümkündür.

Avstralorp toyuq cinsi əsas özəllikləri:

Məhsuldarlıq istiqaməti ətlik-yumurtalıq
Xoruzun çəkisi 4 kq (8 ayında)
Toyuğun çəkisi 3 kq
Yumurtaverimi illik 190-240 ədəd
Yumurta ölçüsü 55-62 qram, qəhvəyi
Yumurtalama yaşı 4-6 aylıqda
Xassələri Dözümlü, rahat saxlanması

Yumurta verimi 300 olması üçün cinsin safqan olması vacibdir. Nə qədər təmizqan cinsdirsə yumurta verimi bir o qədər yüksək olur. Yumurta verimi 2 ildən sonra aşağı düşür, ona görə kəsimə göndərilir. Böyük toyuqlar xəstəliklərə çox dözümlüdür və fərqli iqlim şərtlərini rahat keçirirlər. Rəngi yaşıla çalan qaradır.

Saxlanması:

Qara Avstralorp toyuq cinsi təvazökardır. Adi toyuqlar kimi yemlənir. Həvəslə buğda və kombikorm yeyirlər. Göyərti, ot və süd məhsularına da etiraz etmirlər. Yaxşı yumurta almaq üçün yemə müxtəlif vitamin-minerallar əlavə edin. Bir də yaxşı həzm üçün çınqıla ehtiyacları var.

Hində yel, nəmişlik olmamalıdır, tempraturu isə aşağı düşməyə qoymayın. Hində havalandırma yaxşı olsun ki, xəstəlik daşıyan bakteriyalar azalsın. Kül və qum vannası qoyun ki, içində eşələnsinlər.

Yetişdirilməsi:

Avstralorp toyuq cinsi yaxşı analıq instinktinə sahibdir. Yaxşı kürd yatırlar. Anaş özü sağlam olmayan yumurtaları yuvadan atır. Cücələri qaynanmış yumurta və xırdalanmış buğda ilə yemləyirlər. Cücələrdən hansısa zəifləsə yumurta-süd qarışığı verin. 2 həftələrində kombikorm və qaynanmış tərəvəz verə bilərsiniz.

Çatışmazlıqları:

Bədəni qısa və zəifdir, böyük deyil. Çox uzun quyruğu var. Çox hündürdür. Bədənin yuxarısında ağ tüklərin mövcudluğu. Parlaq və qırmızı gözlər.

Saytımızın digər məqalələrində kuçinskaya-yubileyni, ameraukana, amroks toyuq cinsləri haqqında məlumat ala bilərsiniz.

Mənbə.

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!