Xəbərlər Xəstəliklər

Avstriyadan idxal olunan 186 baş simmental düyədə peyvəndləmə aparılıb

2019-cu ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Gəncə şəhərində də heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Gəncə də iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A, O, Asiya-1 tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb. Tədbirlər davam etdirilir.

Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, «Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı»a daxil edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verirlər. Təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.peyvəndləmə - dabaq xəstəliyi-simmental cinsi

Gəncə şəhəri ərazisində mövcud olan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki,

  • İribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros;
  • Xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros

xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidmətinin Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən indiyə kimi şəhərin ayrı-ayrı təsərrüfatlarında

  • 1300 baş iribuynuzlu heyvanda qarayara,
  • 296 baş qapı itlində quduzluq,
  • 460 baş quşda (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə,
  • 11000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.
  • 32 baş atda manqo,
  • 294 baş iribuynuzlu heyvanda vərəm,
  • 87 baş iribuynuzlu heyvanda bruselyoz

xəstəliklərinə görə diaqnostik müayinə aparılıb və xəstəliklərə yoluxma halı qeydə alınmayıb.

Eləcə də bu müddət ərzində Avstriyadan idxal olunan 186 baş simmental cinsindən olan damazlıq düyələrdə dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb və bruselyoz xəstəliyinin müayinəsi məqsədi ilə qan nümunəsi götürülüb.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!