Avtomatlaşdırılmış istixana kompleksi

May ayında ”Novıy” istixana kompleksində yetişən kahı və xiyar məhsulları Çerepovsa  dükanlarının rəflərində göründü. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ərazisi 8,2 hektar olan  bu istixana kompleksi Hollandiya texnologiyasına uyğun inşa edilmişdir. Buradakı bitkilər substratlı asma qablarda yetişdirilir. Burada gübrələmə və suvarma kimi bir çox əməliyyatlar avtomatlaşdırılmışdır. Sadəcə xiyarların toplanılması mexaniki şəkildə, yəni əl ilə həyata keçirilir. Yetişmiş tərəvəzlərin uzunluğu  təxminən 20 sm olur.

istixana kompleksi agroexpert.az

İstehsal kompleksinin baş texnoloqu Valentina Bogdanova deyir ki, hər bitki təbii materiallardan hazırlanan mineral pambıqların içərisində yetişdirilir. Onun sözlərinə görə, məhsul yığımı hər bir gündən bir həyata keçirilir və hər bir hektar ərazidən təxminən 8-9 ton həcmində məhsul toplanılır.

Bu istixana kompleksinin özəlliklərindən biri də odur ki, burada məhsulun əkini də avtomatlaşdırılmışdır. Proses zamanı avtomatlaşdırılmış maşın xüsusi bir xətt üzrə hər stəkana üç ədəd kahı toxumu əkir.

Bu proses barədə istixana kompleksinin mütəxəssisi Anastasiya Frolova danışıb:

“İçində 54 ədəd kiçik stəkan qutular yerləşdirilir və bu stəkanların hamısı torpaqla doldurulur. Növbəti mərhələdə torpaqla doldurulmuş stəkanlara (hər stəkanda 3 toxum olmaq şərtilə) toxumlar əkilir. Bütün bunlardan sonra avtomatik suvarma prosesi başlayır. Lakin operator da öz növbəsində bütün bu prosesə nəzarət edir “

O qeyd edib ki, indi kompleksdə pomidor şöbəsi quraşdırılır. Şitillərin iyul ayında əkilməsi və  ilk pomidor məhsulunun oktyabrda yığılması planlaşdırılır.

 “Novıy” istixana kompleksinin baş direktoru Sergey Stolbov bu istixana kompleksində ən son texnologiyalardan istifadə etdiklərini deyir: “Bunlar yüksək keyfiyyətli məhsul yetişdirməyə və yığmağa imkan verən tam avtomatlaşdırılmış istixanalardır. Xiyarın ilk məhsulunu 3 həftə əvvəl almışıq və bütün məhsul artıq mağazalardadır. Tədricən istehsal həcmini artırmağı planlaşdırırq. Hələ ki xiyar məhsulunun yalnız yarısını yığmışıq”.

Çerepovets tərəvəzlərinin yalnız bu bölgədə deyil, həmçinin  Arxangelsk, Murmansk, Tver bölgələrinə və Moskvaya göndərilməsi də planlaşdırılır.

Qeyd edək ki, bu istixana kompleksdə 150 nəfərdən çox insan işləyir. Bunlar əsasən Çerepovets və bu bölgənin sakinləridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!