AXA müraciət etdi: Toxum alarkən bunlara diqqət edin

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fiziki və hüquqi şəxslərə müraciət edib. Müraciətində bildirir ki, əsasnaməyə görə,

AXA dövlət reyestrində qeydə alınmayan, istifadəsi qadağan olunan bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görəcək.
agroexpert_Az AXA agrar xidmət agentliyi

AXA öz fəaliyyətini

  • qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən
  • keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək,
  • onların toxumluq məqsədilə satışının qarşısını almaq istiqamətində quracaq.

Bunu əsas gətirən Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə toxum əldə edərkən aşağıdakılara əməl etmələrini tövsiyə edir:

– rəsmi qeydiyyatdan keçmiş və satış ilə məşğul olan şəxslərdən toxum əldə edərkən onun kondisiyalılığı haqqında sertifikatın surəti tələb edilməlidir;

– sertifikatda göstərilən etibarlılıq müddəti ilə qablaşdırmadakı tarixin uyğunluğuna diqqət yetirilməlidir;

– toxum alarkən ödəniş qəbzi tələb edilməlidir;

– toxumun səpin keyfiyyəti ilə bağlı şübhələn halda AXA-nın Regional Toxum Sertifikatlaşma mərkəzlərinə müraciət edərək toxumun keyfiyyəti yoxlanılmalıdır.

Aqrar Xidmətlər Agentliyinin Regional Toxum Sertifikatlaşma mərkəzləri barədə ətraflı məlumatı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar. İndiki halda isə sahibkara dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunur.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!