Azərbaycan fındığı “Amazon”da ən çox satılandır

Azərbaycanlı iş adamının ABŞ-da Mayamidə qurduğu “Aznut” şirkətinin məhsulları dünyanın ən böyük satış platforması olan “Amazon”da fındıq məhsulları arasında “Ən çox Satılanlar” kateqoriyasına yüksəlib.

Bu barədə “Aznut” şirkətinin təsisçisi və prezidenti Samir Kazımov məlumat verib. Samir Kazımov qeyd edib ki, baxmayaraq ki, bu işə cəmi bir il əvvəl başlayıblar.

Şirkət fındığı Türkiyə və Azərbaycandan alır.

aznut

Platforma olaraq həmyerlimizin bu uğuruna sevinirik və dəstəkləyirik. Hər zaman yerli fermerlərimizə bunu tövsiyyə edirik, min bir əziyyətlə yetişdirdiyiniz məhsulu yaxşı qablaşdırıb satmaq lazımdır. Bizim məhsullarımız həm dadlı, həm orqanikdir. Avropa və Amerika kimi bahalı bazarlarda satılmağa layiqdir. Əlbətdə, bu biznesmen işini bilən adamdır. Amma bu uğurda məhsulun keyfiyyəti və dadı da çox rol oynayıb.

Fındığın faydaları haqqında bu məqalədən oxuya bilərsiniz.

Aznut kimi şirkətlərin sayı artdıqca fermerlərimizin məhsulları da daha çox dəyərlənəcək. Yoxsa bu il xurma və sarımsağın başına gələn aqibət bütün məhsullar üçün riskdir hər zaman.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!