Azərbaycan xalqından müharibəyə yardım

Gərgin keçən 5 gün

Artıq işğalda olan torpaqlarımızın azadlığı üçün başlanan mübarizənin 5-ci günüdür. Müharibə şəraitində olan ölkəmizdə xalqın yüksək vətənpərvərlik ruhu və vətənə olan sevgisi ilə haqq mübarizəsi davam etdirilir. Erməni separatçılarının qırılan müqaviməti onları geri çəkilməyə məcbur edir. Yüksək döyüş strategiyası ilə döyüşən ordumuz elə ilk gün 7 kənd və bir neçə təpənin işğaldan azad olunmasını elan edib. Bu qələbə ilə Azərbaycan ordusunu həm erməni işğalçılarına, həm də dünyaya göstərmiş oldu.

ordu agroexpert.az

Xalqımızda bu qələbəyə və Qarabağın azad olunmasına xüsusi inam var. Bu inamı yaradan Cənab Prezident İlham Əliyevin yüksəkyönlü siyasəti və dünya dövlətləri, təşkilatlarına verdiyi cavablar daha da gücləndirir. Ermənilərin qeyri-şərtsiz Qarabağ və digər düşmən tapdağı altında olan rayonlardan çıxmasını tələb edən Prezident İlham Əliyevi qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan dəstəkləyib. 

Bütün bunlarla bərabər Azərbaycanda müxtəlif özəl sektorlar və fərdi vətəndaşlar Silahlı Qüvvələrə yardım fonduna və səngərdə olan övladlarımıza pul və ərzaq dəstəklərini verir. Qan banklarının qarşısında yaranmış izdiham insanı çox fərəhləndirir. Hərbi komisarlıqların qarşısında könüllü müraciət üçün yığılan gənc və müxtəlif yaşlı vətəndaşların müraciəti gözyaşardır.

Silahlı Qüvvələrə yardım

Bu 5 gündə müxtəlif şirkət və banklar Silahlı Qüvvələrə Yardım fonduna dəstək olub. Sizə əldə etdiyimiz həmin siyahını təqdim edirik:

  • Ukraynada yaşayan azərbaycanlı iş adamı Qasımov Orxan Şahin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 20 000 (iyirmi min manat) manat vəsait köçürüb.
  • Qırmızı rəngli “Niva” markalı 99 CY 788 dövlət nömrə nişanlı maşının sürücüsü hərbi komissarlığın önündə əsgərlərə dəstək məqsədilə təmannasız su və siqaret paylayıb.
  • Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı.
  • İrşad Electronics Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb
  • Soliton Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.
  • Scanex Azerbaijan Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.
  • Çanakkale Seramik Azerbaycan şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı
  • Atəşgah Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayırıb
  • Shaurma N1 Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb
  • TOSOIL Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb
  • Karaca Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait ayırdı
  • Neptun Supermarket Silahlı qüvvələrə yardım fonduna 30 min manat köçürdü
  • Mrt İnşaat Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb
  • Panda Boya Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat köçürüb
  • Miad Azerbaijan Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait ayırdı
  • KASKO BUTIK Silahlı Qüvvələrə Yardım Fonduna 5.555 manat vəsait ayırdı
  • Zaferoglu İnşaat Silahlı Qüvvələrə Yardım Fonduna 5.000 manat vəsait ayırdı
  • Starex.az Silahlı Qüvvələrə Yardım Fonduna 5.000 manat vəsait ayırdı
  • Clinic Medical MMC Silahlı Qüvvələrə Yardım Fonduna 5.000 manat vəsait ayırdı
  • Baku Electronics Silahlı Qüvvələrə Yardım fonduna 50.000 manat vəsait ayırdı.
  • Beynəlxalq Bank Silahlı Qüvvələrə Yardım fonduna 1.000000 manat vəsait ayırdı.
  • “NOVCO” şirkətlər qrupu Silahlı Qüvvələrə Yardım fonduna 30.000 manat vəsait ayırdı
  • Avromed QSC Silahlı Qüvvələrə Yardım fonduna 1.000000 manat vəsait ayırdı
  • Qartal Construction Company Silahlı Qüvvələrə Yardım fonduna 2 pick up 1 ford avtomobili göndərib.
  • “Embawood” şirkəti Silahlı Qüvvələrə Yardım fonduna 200.000 manat vəsait ayırdı
  • Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov “hər əsgərə 1 sovqat” kampaniyasına başlayıb. Belə ki, Fərhad Əhmədova məxsus AzNar şirkəti son 2 gündə cəbhədə olan əsgərlərə və yaralıların olduğu hospitallara 100.000 azn dəyərində sovqatlar göndərib. F.Əhmədov bildirib ki, bu kampaniya Azərbaycan ordusunun əks-hücum hərakatı bitənə qədər davam edəcək.
  • Bibiheybət sakini Xanlar Hüseynov Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 000 manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım fonduna köçürüb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669