Azərbaycana çəyirtkə hücumları və zərər verdiyi rayonlar

Çəyirtkələr çəyirtkəkimilər fəsilə üstünə aid sürü halında yaşayan cücü növüdür. Daha çox Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılıb. Azərbaycanda 125-dən çox növü olan bu böcəklərin dünyada 10 min növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr kuliqalar və ya sürülər yaradırlar. Qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradır. Qida axtaran çəyirtkə sürüləri keçdikləri yerlərdəki yaşıllıqları məhv edir. Süfrələr və yetkin çəyirtkələr bitkilərin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini yeyərək qidalanır. Bəzən kuliqaların ağırlığından ağac və kollar sınır. Süfrələr 1 gündə 20-30 dəfə qidalanır. Hər bir çəyirtkə ömrü boyu 300 qrama qədər yaşıl qida qəbul edir. Çəyirtkə sürülərinin hücumu fəlakətə bərabərdir.

Çəyirtkələrə qarşı kimyəvi mübarizə

Kənd təsərrüfatında çəyirtkə sürülərinin hücumunu, eləcə də çoxalmasının qarşısını almaq üçün müəyyən tədbirlər aparılır. Bunun üçün aldadıcı zəhərli yemlərdən və insektisidlərlə tozlandırma həmin işlərdəndir. Çəyirtkələrin ocaqları olan xam torpaqdan istifadə edilməsi və səhraların, dincə qoyulmuş torpaqların şumlanması çəyirtkələrin yayıldığı bir çox ocaqları məhv edir.

Çoxalmasına görə 1 kvadrat metr ərazidə qoyulan sürfələrdən yüzlərlə, hətta mindən çox çəyirtkə əmələ gəlir. Ona görə sürünü əmələ gəlmədən məhv etmək daha əlverişlidir.

Azərbaycanda olan daxili və xarici çəyirtkə hücumları

Azərbaycanda keçən illərə nəzər saldıqda daxili və xarici çəyirtkə hücumları olduğunu müşahidə etmək olar.

Daxili çəyirtkə hücumları və vurduğu zərərlər yaxın keçmişdə 2015-ci ildə Bakının ətraf kəndlərində və Abşeronun bağ sahələrində baş verib. 2015-ci il iyul ayında baş vermiş bu hücum qısa müddətdə aradan qaldırılıb. KTN çəyirtkələr hücumu ilə bağlı qısa müddətdə tədbirlər görüb, əkin sahələrinə dəymiş zərəri aradan qaldırmışdı.

Daha sonra 2017-ci ildə Dağıstan Respublikasının Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarında 100 min hektara yaxın ərazi çəyirtkələrin hücumuna məruz qaldığı bir vaxtda Azərbaycan xarici çəyirtkə hücumu təhlükəsi ilə qarşılaşmışdı.

  • Çəyirtkə sürüsünün Azərbaycan Respublikası ərazisinə keçməsi təhlükəsini nəzərə alan Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılmış;
  • çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazır vəziyyətə gətirilmişdi.

Hətta həmin ilin məlumatına görə Dövlət Xidmətinin balansında olan maşın-mexanizmlər işlək vəziyyətdə saxlanıldı. Bunda məqsəd çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, dərhal qarşısının alınması və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməməsi idi.

Eyni zamanda həmin qurumlar Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirirdilər.Ölkəmizdə mübarizə tədbirləri zamanı əsasən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107