Azərbaycanda alça istehsalı – statistik məlumatlar

Alça meyvəsinin 30-a yaxın növü var. Onlardan daha geniş yayılanı cır alça xalq təbabətində geniş istifadə olunur. 

Belə ki, qədim vaxtlarda alça təbabətdə ən əhəmiyyətli  tonuslaşdırıcı vasitə hesab edilirdi. Cır alçadan “lavaş” da hazırlanır. Alça lavaşı müalicəvi əhəmiyyətə malikdir, xüsusilə də sinqaya qarşı istifadə olunur.

Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Bu ağacın meyvələri qida məhsulu olmaqla, xalq təbabətində də geniş istifadə olunur. Şərq təbabətində onu tonuslaşdırıcı və vitamin vasitəsi kimi qəbul edirdilər, xüsusilə sinqa xəstəliyində.

Alça ümumilikdə, demək olar ki, bütün bölgələrimizdə yetişir və yetişdirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə ölkə ərazisində əkilən alça bağlarının sahəsi hər il bir az da artır. Statistik göstəricilər belədir:

2018-ci ildə ölkədə alça bağları ilə əkilmiş sahələrin sayı 3406,6 hektar təşkil edib. 2017-ci ildə bu rəqəm 3255 hektar idi. 

alça meyvəsi statistik nəticələr agroexpert.az
  • 2016-cı il – 3183,4 hektar
  • 2015-ci il – 2967,5 hektar
  • 2014-cü il – 2848,3 hektar
  • 2013-cü il – 2814,b 3 hektar
  • 2012-ci il – 2746,8 hektar

Görüldüyü kimi rəqəmlər getdikcə artmaqdadır ki, bu da çox müsbət haldır və məhsulun artacağına işarədir.

Gəlin indi isə alçanın son illərdə və ümumilikdə hansı şəhər və rayonlarımızda daha çox əkildiyi ilə tanış olaq.

Gədəbəy (256 ha), Ağdaş (224,6 ha), Göyçay (183,4 ha), Saatlı (176,1 ha), Xaçmaz (143,9 ha), Şəki (120 ha), Samux (118 ha), Şərur (102 ha).

Azərbaycanda gilas istehsalı – Statistik məlumatlar

Naxçıvan Muxtar Respublikasında alça bağlarının ərazisi ümumilikdə 358  hektar edir ki, bunun ən böyük hissəsi Şərur rayonunun payına düşür (102 hektar)

Həmçinin Dövlət Statistika Komitəsinin məlumatlarında alça bağlarının məhsuladrlığı haqqında məlumatlar da öz əksini tapıb.

Hələ 2019-cu ilin  statistik məlumatları açıqlanmadığından sizə digər illərin göstəricilərini təqdim edirik.

  • 2018-ci il – 98,7 (s/ha)
  • 2017-ci il – 89,7 (s/ha)
  • 2016-cı il – 83,3 (s/ha)
  • 2015-ci il – 93,3 (s/ha)
  • 2014-cü il – 87,4 (s/ha)
  • 2013-cü il – 93,1 (s/ha)
  • 2012-ci il – 93,5 (s/ha)

Becərilən yerli sortlar içərisində ən geniş yayılanlar: yaz mələsi, xanbeyi, şabranı, ağalça, talibi və başqalarıdır. Meyvəsinin tərkibində 5-7% şəkər, 4-7% lumu duzu, 6-7% qədər C vitamini və 15% pektin maddələri vardır.
Maraqlıdır ki, heç bir məhsul, hətta qızıl, neft belə dəyər qazanıb, sonradan dəfələrlə ucuzlaşmır.  Bazarlarda söhbət etdiyimiz satıcılar alçanın baha olmasına səbəb kimi mövsümü göstərirlər. Lakin o da bəllidir ki, ölkədə son illər minlərlə istixana yaradılıb və alça heç də çətin yetişdirilən meyvə deyil.  Hətta yabanıdır. Belə ki, Azərbaycanın meşələri alça ilə boldur. Becərilən yerli sortlar içərisində ən geniş yayılanlar: yaz mələsi, xanbeyi, şabranı, ağalça, talibi və başqalarıdır.

Məhsuldarlıq  artıb

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə,  məhsuldarlıq hər il artmağa davam edir.

alça meyvəsinin faydaları agroexpert.az
  • 2018-ci il – 29089.8 ton
  • 2017-ci il – 24916.2 ton
  • 2016-cı il – 23024.5 ton
  • 2015-ci il – 24393.6 ton
  • 2014-cü il – 21984.4 ton
  • 2013-cü il – 22909.9 ton
  • 2012-ci il – 22302.7 ton

2017-ci il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılmışdır. Görülmüş meşəbərpa tədbirləri çərçivəsində

  • 4,0 min hektar sahədə yeni meşə ağacları əkilmiş,
  • 53,9 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş,
  • 6,2 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir.

Ümumilikdə  59,8 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 1,6 tonu (2,7 faizi) alça meyvəsinə aid olub.

Alçanın idxalı və ixracı

Son illər Azərbaycanda Türkiyədən gətirilən qələm tinglərinə maraq artıb. Xüsusilə, alça və qoz qələmləri daha çox satılır. Yerli sortlardan fərqli olaraq Türkiyədən gətirilən “Dumanlı papaz” alça sortu daha dözümlüdür. Bu alça sortunu soyuq aylarda 30 gün soyuducusuz saxlamaq olur. Sortun qış aylarında bir kiloqramı 500 manata satılır.

Tovuz rayonunda bu tinglər vasitəsilə alça bağı salınıb. Bu qələmlər bir ildə 30-40 kq məhsul verir. Ağac böyüdükcə, məhsul da artır.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən verilən məlumata görə 2017-ci ilin ilk 9 ay ərzində Azərbaycandan 367 027,00 kiloqram (367 ton) alça ixrac olunub ki, bu məhsulun da qiyməti 386 701,73 manat təşkil edib. 

İstixanada yetişdirilməsi bahalıdır?

Mövsümdən əvvəl bazara çıxarılan alçalar  adətən ya istixanada yetişdirilir, ya da ölkəyə idxal yolu ilə gətirilir. Əvvəlcə istixanalardan başlayaq. İstixanada alçanın yetişdirilməsi doğurdanmı bahalı prosedurdur?  Bir müddət əvvəl Göyçayda kənd təsərrüfatı istehsalçısı istixanada Göyçə Sultan növündən 9 ədəd alça ağaçı yetişdirdiyini açıqlamışdı. Bunun elə də çətin prosedur olmadığını,  hətta istixana alçasının daha dadlı olduğunu irəli sürmüşdü. Onda belə çıxır ki, alçanın qiymətinə istehsal xərcləri təsir edir.
Nəzərə çatdıraq ki, istixana qurmaq elə də asan prosedur deyil. Polikarbonatdan olan müasir istixananın hər kvadrat metri 100-150 dollar təşkil edir. Kustar üsullarla qurulan istixanaların hər sotu isə yerli sahibkara təxminən 1500 manata başa gəlir. Başqa tərəfdən mavi qazın, suyun, eləcə də elektrik enerjisinin tarifləri də qalxıb ki, bu da məhsulun yetişdirilməsi xərclərinə təsir edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!