Azərbaycanda arıçılıq təsərrüfatı

Arıçılıq- bal arılarının saxlanması, çoxaldılması, yetişdirilməsi arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidr. Bal arıları entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilir.

Arıçılığın tarixi çox qədim dövrlərə gedib çıxsa da, texnoloji imkanların xeyli artması nəticəsində inkişaf edən bir təsərrüfat sahəsidir. Dünyaya təsirinin yüksək olması ilə yanaşı, ölkəmizdə də vacib qazanc mənbəyidir.

İqtisadiyyatımızda arıçılıq təsərrüfatı çox mühüm yer tutur.
arıçılıq təsərrüfatı agroexpert.az

2016-cı ildə ölkədə 238 min arı ailəsi olub. Bu il (2020) arı ailələrinin sayının 310 minə çatdırılması nəzərdə tutulub. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak edib və 200 tona qədər arıçılıq məhsulları satılıb. Keçən ilki yarmarmarkaların nəticələri 2016-cı ildən daha çox arıçının iştirakı, məhsul satışı ilə nəticələnib.

Respulikamızda arıçılıq təsərrüfatı Sovet hakimiyyəti dövründə əvvəl xırda dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arçılıq təsərrüfatlarında inkişaf etməyə başlayıb. Hazırda təsərrüfatlarda bəslənən arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır.

Astara, Şamaxı, Quba, Qusar, Qarabağ, Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Masallı, Kəlbəcər, Laçın və s. rayonlarda arıçılıq yüksək səviyyədə inkişaf edib. Belə ki, Daşkəsən rayonunun Qabaqtəpə kəndinin ərazisində yetişdirilən arı növü ölkədən kənarda da tanınır.

Arıçılıqla məşğul olmaq üçün bəzi vacib məsələləri nəzərə almaq lazımdır.

Arıçılıqla məşğul olmaq üçün arı pətəklərinin yerləşdiriləcəyi yerə, yerin hava şəraitinə, məsələn, küləyin çox olmamasına və çox isti olmamasına diqqət etmək lazımdır. Arılardan yaxşı məhsul əldə etmək üçün yuvanın ətrafında su olmasına da diqqət yetirilməlidir.

Arışılıq təsərrüfatının saxlanmasının əsas şərtlərindən biri arıların sağlamlığının təmin olunmasıdır. Arıların sağlamlığı isə saxlandığı yerin arıçılıq sanitariyasına müvafiq qaydada təmiz olması və zərərvericilərdən (gənələrdən və digər parazitlərdən) qorunmasıdır. Arıçılıq təsərrüfatına zərər verən belə gənələrdən biri varroatoz xəstəliyinin törədiciləri olan varroatoz adı verilən parazitlərdir. Arılarda qanad və ayaqların deformasiyasına səbəb olurlar. Qısa ayaqlılıq və s. kimi belə anormallıqlar yaradan varroalar arıların uçma qabiliyyətlərindən məhrum olmasına, hətta arı ailəsinin məhvinə səbəb olurlar.

arı
Arıların ən çox bal aldığı çiçəklər və ağaclar

Pətəklər vaxtı-vaxtında dərmanlanmalıdır. Lakin təcrübəli arıçı bir məqamı xüsusi vurğuladı ki, balın kimyəvi təsirlərdən zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülən vaxta qədər arılara zərərvericilərə qarşı heç bir preparat vermək olmaz. Hətta temperaturun çox isti və çox soyuq dövrlərində də preparat seçiminə diqqət etmək lazımdır.Arılar ildə ən azı bir dəfə bir ay müddətinə dağa aparılmalıdır.Dağ şəraiti ana arıların ömrünün  uzanmasına səbəb olur. Profilaktik tədbirlər fevral ayında arı ilk işə başlayan dövrdən başlanır.

Arıçılıqda bir digər əhəmiyyətli xüsusiyyət isə şan seçimidir. 2 növ şan var. sadə və mürəkkəb. Əgər məqsəd bal ticarəti ilə məşğul olmaqdırsa seçilən şan mürəkkəb şan olmaqdadır.

Arıçılıqda qazanc : Arıçılıqdakı qazanc hər işdə olduğu kimi adamdan adama dəyişir. Arıçılıq gəlirləri arıların sayına, balın miqdarına, arıçılıqla məşğul olunan ərazinin vəziyyətinə, bu işdə işləyənlərin sayına və başqa arıçılıq məsələlərinə görə dəyişir. Növbəti məqalədə bu haqda daha geniş məlumat əldə edəcəksiniz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669