Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfat sərgisi-“Caspian Agro 2018”

AgroExpert.az saytı olaraq Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2018 və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro 2018 sərgisini ziyarət edənlər arasında olduq.

Caspian Agro 2018

Sərgi 34 ölkəsini təmsil edən 402 şirkəti bir araya toplayıb. Buna görə sərginin fəaliyyət sahəsi olduqca genişdir. Heyvandarlıq, quşçuluq, bitkiçilik, meyvəçilikdən tutmuş elektron kənd təsərrüfatı, kənd təsərrüfatı texnikası, labaratoriya avadanlıqlarına kimi hər bir şeyə rastlaşmaq mümkündür.

Sərgidə istehsala yeni başlayan, ölkədə və dünyada satışı olan məhsullarımızın nümayişidə var idi. Yerli istehsalçılar sərginin 30%ni təşkil etmişdi. İnkişaf etməkdə olan kənd təsərrüfat sahəmiz üçün bu uğur sayıla biləcək göstəricidir.

Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfat sərgisi-Caspian Agro 2018”Qeyd edək ki, region üzrə bütün ixtisaslaşmış sərgilər arasında  ikinci yeri tuturlar. Belə ki, bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından ötən il ilə müqayisədə 12% artım nümayiş etdirib.

Ölkədə belə uğurlu layihənin həyata keçirilməsi və ona marağın artması ölkənin düzgün inkişaf strategiyasından xəbər verir. Gələcək illərdə ölkədə və dünyada təşkil olunacaq belə sərgilərdə yerli istehsalçıların sayının artacağına inanırıq.

Xatırladaq ki, sabah sərginin son günüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!