Azərbaycanda bir ilk: Qara pomidor yetişdirilir (VİDEO)

Azərbaycanda qara pomidor yetişdirilir.
qara pomidor

Agroexpert.az “Xəzər TV”-yə istinadən xəbər verir ki, qeyri-adi meyvə tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini Aydın Sulxayev Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb.

Onun sözlərinə görə, qara pomidor geni dəyişdirilmiş deyil. Yəni, selleksiya üsulu ilə əldə edilib.

İxtisasca aqranom olan A.Sulxayev həyətində yüzlərlə bitki becərir, qeyri-adi güllər, meyvə və tərəvəzlər əldə edir. O, 20-dən çox bitki növünü xaricdən Azərbaycana gətirərək, yerli iqlim şəraitinə uyğunlaşdırıb.

Qeyd edəki ki, qara pomidor insan sağlamlığı üçün faydalıdır. Digər adı Kumato olan bu tərəvəzin vətəni Qalapaqos adaları, yəni Cənubi Amerikadır. Növlərin qarışması ilə əldə edilən bu pomidorların qida dəyəri olduqca yüksəkdir. Genetik cəhətdən qarışmayan qara pomidorların dadı olduqca gözəldir.

Qara pomidorun sağlamlığımıza faydaları:

Qara pomidorda normal pomidorlara nisbətən daha çox vitamin və antioksidant daxildir. Bu pomidora rəng verən antosiyan maddəsi xərçəng və ürək xəstəliklərinə çox faydalıdır.

Ancaq lisenziyalı istehsalçılar tərəfindən, xüsusi şərtlərdə və az istehsal olunan bu pomidorların qiyməti olduqca bahadır. Yaxın zamanda istehsalı artdıqda ucuzlaşmağa başlaya bilər.

Agroexpert.az sözügedən videonu təqdim edir:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!