Azərbaycanda daha bir “ağıllı bağ” salınır

Ölkə ərazisində ikinci “ağıllı bağ” salınır.

Agroexpert.az xəbər verir ki, Bu haqda layihənin rəhbəri Abbas Niyazov ətraflı məlumat verib. 

Onun sözlərinə görə, həmin bağ Qusar rayonu ərazisində salınacaq. Artıq layihənin həyata keçirilməsi istiqamətində işlərə başlanıldığını bildirən layihə rəhbəri: “Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra intensiv bağların salınması işləri reallaşmağa başlayıb. Belə bağlardan biri də Qusar rayonunun Qalacıq kəndi ərazisində salınır. Meşə ətrafı kolluq ərazilər artıq təmizlənərək müasir tipli “ağıllı bağ”ın salınması üçün hazırlanır. Belə bağların salınması həm də iş yerlərinin artması deməkdir”.-əlavə edib

A.Niyazov yeni salınacaq “ağıllı bağda” qarışıq növ meyvələrin əkilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Burada alma, armud, fındıq, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ digər meyvə ağacları becəriləcək. Yeni əkiləcək bağda 150 nəfərə yaxın insan işləyəcək. Bağın suvarılması üçün isə ərazidəki göl suyundan istifadə olunacaq. Yeni salınacaq bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılacaq. Su mənbəyi üçün ərazidəki çaylardan gələn su gölə axıdılacaq. Ehtiyat sudan istifadə olunacaq. Məhsuldarlığın 25 % artacağı gözlənilir. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq”.

Qeyd edək ki, iki il müddətində “ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması başa çatdırılacaq.

Xatırladaq ki, Azərbaycanda ilk “ağıllı bağ” 2020-ci ilin əvvəllərində Quba rayonunda salınıb. 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673