Azərbaycanda fermerlərə aqrar sığorta ödənişi onlayn veriləcək

Bildiyimiz kimi Baş Nazir Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsini təsdiqləyib. Həmin sistemin köməyi ilə aqrar sığorta almaq üçün bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşməyə ehtiyac yoxdur. Bunu daha asan yolla onlayn şəkildə – Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçirmək mümkündür.

sığorta müqaviləsi bağlanacaq - agroexpert.az
Sığorta müqaviləsi elektron şəkildə bağlanacaq

Agroexpert.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu haqda məlumat verib.

Onun sözlərinə görə, fermerlər nazirliyin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Qeydiyyatda əkinlərini bəyan edən fermerlər Fonda onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilərlər:

“Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq. Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər Fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik”.

Xatırladaq ki, ötən il avqustun 19-da Prezident İlham Əliyev Azərbaycanda “Aqrar Sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Aqrar Sığorta Fondunun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə bu rəqəm müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669