Azərbaycanda gilas istehsalı – Statistik məlumatlar

Əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün becərilən ağaclardan səmərə verilməsini təmin etmək kimi əhəmiyyətli fəaliyyət sahəsi bağçılıqdır. Azərbaycanda keçmiş zamanlardan geniş məşğul olunan bir sahədir. Əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə imkan verir. Azərbaycanda təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar, nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk vəbaşqa cır meyvə və giləmeyvələr var.

gilas istehsalı statistik məlumatlar agroexpert.az

Bağbanlar zamanla yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlayıblar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün əlverişli şərait olduğu üçün,  Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin ( üzüm, alma, armud, gilas, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir.

Bu yazımızda isə Sizlərə Azərbaycanda gilas istehsalı və gilasın bazar qiymətlərindən bəhs edəcəyik.

Dünyada hər il təxmini 2.200.000 ton gilas istehsal olunur. Gilas istehsalına görə ABŞ-dan sonra Türkiyə, İtaliya, Fransa ilk sıralardadır.

Gilas Azərbaycanda da çox geniş yayılıb. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır.

Meşələrimizdə yabanı şəkildə bitən cır gilas ağacları illər əvvəl bağbanlar tərəfindən mədəniləşdirilib. Bağçılıq təsərrüfatında geniş sahəni tutan gilas bağları ölkəmizdə demək olar ki, bütün dağətəyi və dağlıq rayonlarda yetişdirilir.

Dünyada gilasın 1500 sortu var. MDB məkanında gilasın 75 rayonlaşdırılmış sortu yetişdirilir. İqtisadi cəhətdən əhəmiyyətli Çelan, Tieton, Raynier, Binq, Lapins, Skina, Stella, Summit və s. sortları becərilir. Respublikamızda əsasən rayonlaşdırılmış Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin, Sarı Droqana, Frans İosif, Kəlürəyi sortları əkilir.

Statistik hesablamalara görə yaxın 20 ildə Azərbaycanda gilas istehsalı 19 min 634 ton, yəni 2,2 dəfə artıb.
Xaçmaz gilası

Statistikada verilən məlumatlara görə 2004-cü ildə 47 min 400 ha sahədə yetişdirilən gilas 2018-cu ildə 68 min 200 ha sahəyə yüksəldilib.

Məhsuldarlıq cəhətdən 2007-ci ildə 17 min 900 ton olan meyvə 2018-ci ildə artırılaraq 34 min 300 ton olub.

Son 3 ilə nəzər salsaq 2017-ci ildə məhsuldarlıq 33min 667 ton, ixracatdan qazanılan məbləğ isə 9 milyon 215 min manatdır.

2018-ci ildə həm məhsuldarlıqda, həm ixracatdan qazanılan məbləğdə artım olub. 2019-cu ildə bu rəqəmlər daha da yüksəlib. Azərbaycandan ixrac olunan gilas və bunun kimi başqa meyvələrin əsas alıcı qüvvəsi Rusiya və Qətərdir.

Rəsmi açıqlamaya görə, 2019- cu ildə Azərbaycanda 36 min ton gilas istehsal edilib. Gilas istehsalı ən çox Xaçmaz rayonunda istehsal olunur. Keçən il ərzində Xaçmazda 15 min tondan çox gilas istehsal olunub ki, bu da ümumi respublika üzrə 42% təşkil edir.

Statistikanın sıralamasına görə ikinci olaraq Gəncə-Qazax inzibati rayonu 7085.7 ton məhsulla yerləşib. Aran inzibati rayonu isə 3891.1 ton məhsul toplayıb. Naxçıvan Muxtar respublikasında bu rəqəm 2298.8-dir. Şəki – Zaqatala inzibati rayonunda məhsuldarlıq 2107.5 ton olub.

Ən az gilas isə Şirvan şəhərində istehsal edilib. Şirvan şəhərində isə 300 ton gilas istehsal olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!