Azərbaycanda ovçuluq-ov quşları

Azərbaycanda ov.

Kimi üçün peşə, kimi üçünsə xobbi olan ovçuluq ölkəmizdə də maraq dairəsindədir. Dünyada ovçuluğa olan böyük maraq ovçuluq turizminin yaranmasına səbəb olmuşdur. Bizdə ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Ovçuluq nədir? Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra – vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycanda ov – ölkəmiz uyğun coğrafi mövqeyə, şəraitə və ovlanmasına icazə verilən heyvan növləriylə zəngin olduğuna görə burada ovçuluq geniş yayılmışdır. İldən – ilə də yerli əhali və turistlər tərəfindən ovçuluğa maraq artır.

azərbaycanda ov yerləri Azərbaycanda müxtəlif ovçuluq növləri mövcuddur.
  • Dağıstan turunun ovlanması;
  • Meşə göyərçininin ovlanması;
  • Çol donuzunun ovlanması;
  • Dovşanın ovlanması;
  • Su quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması;
  • Bildirçinin ovlanması;
  • Kəkliyin ovlanması;
  • Cüllütün (uzundimdikli, nazikayaqlı, tükü naxışlı köçəri quş) ovlanması;
  • Meşəcüllütünün ovlanması;
  • Köpgər (dağ keçisi) ovlanması.

Dağ keçisi və quş ovları daha geniş yayılıb. Hər bir növün ovu zamanı ayrıca texnika (qovma, sürək, tazı itləri ilə və ya bələdçi ilə) və tryuklar (pusqu, təqib və s.) tətbiq olunur. Ölkədə ovçuluq müxtəlif regionlarda – Qəbələ, Şamaxı Quba, Oğuz, İsmayıllıda təşkil olunur.

Ovçuluq təsərrüfatları nədir? Təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyektidir. Ovçuluq təsərrüfatları əsasən Şamaxı, Şəki, Oğuz,Quba, Qusar, Qax, Xızı, İsmayıllı, Samux, İmişli, Sabirabad, Yevlax, Qaradağ, Biləsuvar, Cəlilabad, Nefçala rayonları ərazisində təşkil olunub.

Bunlar arasında sahəsinə və ov növlərinə görə fərqlənənlər…

Quba və İsmayıllı rayonları ərazisində yerləşən Babadağ ovçuluq təsərrüfatı. Sahəsi 61min hektar, ov növləri:  Dağıstan turu, cüyur, köpgər, çöl donuzu və s. vəhşi heyvanlarin ovlanması.

Şəki və Oğuz rayonları ərazisində yerləşən Şəki ovçuluq təsərrüfatı: sahəsi 60min hektar, ov növləri Dağıstan turu, nəcib Qafqaz maralı, cüyür, köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.

Ov dövrü. Ov mövsümü.

Ovdan əliboş geri dönməmək üçün ov zamanını bilmək vacibdir.

Su quşları və meşə ov quşları: oktyabr – mart

Qara turac , kəklik , bildirçin:  iyun – mart

Dağıstan turu : iyun-noyabr

Qafqaz maralı: iyun-oktyabr

Canavar , tülkü , dovşan: avqust-mart

Çöl donuzu(qaban): sentyabr-mart

2018-2019-cu illərin ov mövsümü hələ ki, açıq elan edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика