Azərbaycanda satıcı kələyi: balığın təzə görünməsi üçün fırıldaq (FOTO)

Ləzzəti ilə gündəlik həyatda süfrəmizi bəzəyən balıqlar bir çox xəstəliklər üçün şəfa mənbəyidir. İnsan orqanizmi üçün faydalı olan balığı seçərkən ilk növbədə onun keyfiyyətinə və təzə olmasına diqqət yetirmək lazımdır.

Balıq satışına yol kənarında,bazarlarda və supermarketlərdə rast gəlmək olar. Lakin yol kənarında, bazarlarda satıcılar köhnəlmiş balıqları satmaq üçün, onları təzə kimi görsənsin deyə qeyri-adi yollara əl atırlar.

Agroexpert.az-ın məlumatına görə, Azərbaycanda sosial şəbəkələrdə müzakirəyə səbəb olan foto paylaşılıb. Fotoda balıqları təzə adı ilə satmaq üçün üzgəclərinə dodaq boyasıyla boyandığı əks olunub. Bu görüntülər Azərbaycanda fəaliyyət göstərilən bazarların birində çəkilib.

Qeyd edək ki, bir müddət əvvəl balıqçı dükanlarının birində satıcının köhnəlmiş balıqlara oyuncaq gözdən istifadə edildiyi məlum olmuşdur. Balıqçı dükanında çəkilən video sosial mediada geniş yayıldıqdan sonra həmin yerdə araşdırma aparılmışdır. Aparılan monitorinqdən sonra dükanın fəaliyyəti dayandırılmışdı.

Əlavə olaraq onu da qeyd edək ki, bəzi satıcılar balığın qulağına onun qanını sürtürlər ki, qırmızı görünsün. Həmçinin köhnə balığın içini yarıb yaxşıca duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa hamısını öz canına çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o balığın köhnə olduğunu hiss etmir.

Bunun üçün balıq alarkən təzəliyini müəyyənləşdirməyin bir çox üsulları var. Bu üsulları öyrənib tətbiq etmək üçün aşağıdaki məqaləni mütləq oxuyun.

Təzə balığı seçməyin yolları..

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669