Azərbaycanda yetişdirilən pomidor sortları və toxumları

pomidor sortları

Ölkədə müxtəlif pomidor sortları yetişdirilir. Bu məhsullar yerli və xarici toxumlardan əldə edilir. Həmin sortların bir neçəsi haqqında ətraflı məlumatı bu məqalədən əldə edə bilərsiniz.

“Azərbaycan-94” pomidor sortu Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutuna aid sortdur.

Sort güclü yarpaqlanan, şaxələnən və tüksüzdür. Yarpağın səthi orta qarışıqlı, zəif sallanandır. Çiçək salxımı sadə, 6-7 yarpaqdan sonra əmələ gəlir. Yetişmiş meyvənin gəngi qırmızıdır. Meyvənin qabığı parlaqdır. Sort orta tezyetişəndir. Bir meyvənin kütləsi 180,0-190,0 qr-dır. Sort abiotik amillərə, nəqliyyata və saxlanmağa davamlıdır. Sort təzə halda yemək üçün və konserv sənayesində istifadə üçün nəzərdə tutulur. Meyvədə quru maddənin miqdarı 6,4-6,8%, ümumi şəkər 2,7-3,3 %, ümumi turşuluq 0,30-0,33%, vitamin “C” 27-29 mq%-dır. Respublikanın tərəvəz becərilən zonaları üzrə mühafizə hüququ (patent) verilməklə qeydiyyata alınmışdır.

“Mirvari” pomidor sortu Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnsti-tutuna aiddir.

Kolu adi, determinant formalı, hündürlüyü 58-70 sm, orta yarpaqlanan, orta budaqlanan, şaxələnən və tüksüzdür. Yarpağın səthi qarışıqlı, zəif sallaqlı, kartof yarpağı formalı, iri, uzunluğu 20-25 sm, rəngi tünd yaşıl, rənginin səciyyəsi parlaqdır. Yetişmiş meyvənin rəngi qırmızıdır. Qabığın səthi parlaqdır. 1000 toxumun kütləsi 2-3 qr-dır. 1 ron meyvədən 2-3 kq toxum istehsal olunur. Sort orta tezyetişəndir. Kütləvi çıxışda ilk meyvənin yetiş-məsinə kimi 106-108 gün keçir. Sort daşınmaya, saxlanmaya davamlıdır. Sort təzə halda yemək və konserv sənayesində istifadə üçün nəzərdə tutulur. Respublikanın tərəvəz becərilən zonalarında yetişdirilmək məqsədilə mühafizə hüququ (patent) verilməklə qeydiyyata alınmışdır.

“Melodia” pomidor hibridi istixana üçündür.

Meyvəsi 180-230 qram ağırlığında olub, qırmızı parlaq səthə və ləziz dada malikdir. Bərk formada olub daşınmaya davamlıdır. Məhsuldarlığı yüksəkdir. Çatlamaya davamlıdır Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

pomidorun qiymeti

“Zulfia” pomidor hibridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Bir meyvənin çəkisi 170-200 qr-dır. Tezyetişəndir. Forması yumru, iri, rəngi parlaq qırmızıdır. Süfrə təyinatlıdır. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Callanzo” pomidor hibridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Tezyetişəndir. Vegetasiya müddəti 105 gündür. Çəkisi 130-140 qr-dır. Bir salxımda 4-5 ədəd pomidor yetişir. Forması yumru, rəngi parlaq qırmızıdır. Daşınmaya davamlıdır. Xəstəliyinə qarşı davamlıdır. Respublikada tərəvəz becərilən zonalar üçün qeydiyyata alınmışdır.

“Matias” pomidor hibridi istixana üçündür. Meyvəsi 250-300 qram ağırlığında olub, qırmızı parlaq səthə və ləziz dada malikdir. Bərk formada olub daşınmaya davamlıdır. 110-115gün ərzində yetişir. Məhsuldarlığı yüksəkdir. Çatlamaya davam-lıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Magnus” pomidor hibridi

İstixanada yetişdirilmək üçün nəzərdə tutulur. İri meyvələri var. Çəkisi 140-160 qr-dır. Parlaq, dadlı və çatlamayandır. Tezyetişəndir. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır. “Durinta” pomidor hibridi istixana üçündür, Hollandiyanın De Ruiters firmasının məhsuludur. Salxım pomidordur, meyvələr ortalama 110-120 qr, mükəmməl qırmızı rəng, ideal sərtlik, uzun raf ömrü, yüksək məhsuldarlığa malik hibriddir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Metamorfoza” pomidor hibridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 130-160 qr-dır. Rəngi al qırmızıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Marina” pomidor hibridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 180-200 qr-dır. Tezyetişəndir. Rəngi al qırmızıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Foundation” pomidor sortu

İstixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 180-200 qr-dır. Tezyetişəndir. Rəngi al qırmızıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

“Vulcan” pomidor hibridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 70-80 qr-dır. Vegetasiya müddəti 105-110 gündür. Rəngi al qırmızıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.
“Fenda” pomidor hibrdi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 200-220 qr-dır. Tezyetişəndir. Rəngi çəhrayıdır. Bitkinin hündürlüyü 2 metrə çatabilir. Bərkdir. Daşınmaya davamlıdır. Ümumi şəkərin miqdarı 2.5%, vitamin C 23%, quru maddə 6.3-dir. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.
“Aphen” pomidor hibdridi istixanada yetişdirilmək üçün nəzərdə tutulur. Çəkisi 200-220 qr-dır. Tezyetişəndir. Rəngi al qırmızıdır. Respublika üzrə becərilmək məqsədilə qeydiyyata alınmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!