Azərbaycanda yumurtası 15, özü isə 1252 AZN-ə satılan toyuq cinsi (Fotolar)
Toyuqlar yumurtaları və ətləri üçün yetişdirilir,lakin bəzi toyuq cinsləri yalnız gözəl və bəzəkli görüntülərinə görə dəyetişdirilir. Dünyada ən çox maraq görən toyuq cinsləri arasında nadir cins olan Ayam Cemanidir. Bu ecazkar toyuq başdan ayağa tamamilə qaradır. İndoneziyada yetişən bu toyuğun tükləri, dili, dimdiyi, gözləri, əti, hətta sümük və daxili orqanları da qara rəngdədir. Yalnız qanı qara rəngdə deyil. (Çox tünd olmasına baxmayaraq qara deyil).Toyuğun hətta ağzının içi də qara rəngdə olduğundan xalq arasında qara toyuq kimi deyilir.

İndoneziyanın Yava adasında yetişən Ayam Cemani toyuğu, ilk dəfə 1998-ci ildə toyuq təsərrüfatı sahibi Hollandiyalı Yan Steverink tərəfindən kəşf edilir və bütün dünyaya idxal edilməyə başlanır.
İdxal edilən toyuqlar, 2000-ci ildə Amerikada 2500 $ qiymətə satılır və bunu xəbər verən kanallar sayəsində dünyada böyük uğur qazanır.
Ayam Cemani toyuğunun xüsusiyyətləri
Bu toyuğun pipiyi, tükləri, dimdiyi, dili, ayaqları və dərisinin rəngi qaradır. Ayam Cemaninin ətinin rəngi qara olsa da ləzzət olaraq ağ toyuq ətindən fərqi yoxdur.
Qara toyuğun qan rəngi qırmızıdır. Xarici və daxili orqanlarının qara olması istisna olmaqla, xoruzlar 2,5 kilo toyuqları isə 1,5 – 2 kilo çəkidə olurlar.
Toyuqları ildə orta hesabla 90-110 yumurta verir. Yumurtaların orta çəkisi 45 gramdır.
Ana vətəni İndoneziyanın Yava adası olan bu toyuq cinsinin, ətlik yetişdiriciliyə uyğun olmaması və yumurta veriminin də çox aşağı olmasına baxmayaraq unikal rənginə görə bəzək toyuq yetişdiricilərinin sevimli bir növüdür.
Ayam Cemani toyuğunun qiyməti
Ayam Cemani toyuğu bazardakı ən bahalı qiymətlərə satılan toyuq cinslərindəndir.
Bəzək toyuğu istehsalçılarının bir anda diqqət mərkəzinə düşən bu toyuqlar tələbatın çox olması və az olması səbəbilə yüksək qiymətlərlə satılır.
Azərbaycanda satış saytlarında bir qara toyuğunqiyməti 130 AZN – 1252 AZN-dir. Bu toyuqların yumurtası da çox bahadır. Təxminən 12-15 manatdan satılır.
Əgər gələcəkdə bu toyuqların böyük fermaları qurulsa marketlərdə Ayam Cemani əti bölmələrini görə bilərik.
Ayam Cemani toyuğunun əti

Bu toyuğun ətinin rəngi və dadı böyük bir maraq mövzusudur. Şəkildə də göründüyü kimi qara toyuğa məxsus döş əti, bud, qanad, ayaqları və daxili orqanları ətinin rənginin qara olduğunu təsdiq edir.
Ayam Cemani toyuqlarının rənginin səbəbi
Elmi tədqiqatlara görə, bu toyuqların qaraolmasının səbəbi Asiyada ortaya çıxan və Avropaya yayılan genetik mutasiyadır. Mutasiyaya uğradıqlarına görə bu toyuqların orqanizmində olanmelanin, normal toyuqlardan on qat daha çoxdur. Bu gen toyuqlarda”fibromelanos” adlanan hiperpiqmetasiyaya səbəb olur. Bunun nəticəsindətoyuqlar qara rəngdə olur. Fibromelanos insan dərisində, saçında və beynin bəzibölgələrində də olan tünd rəngli piqmentlər olan melaninləri çoxaldır.