Azərbaycanın dadlı təamı -Xaşlama

Müqəddəs Qurban bayramında kəsilən heyvanın ətindən bir çox yeməklər hazırlanır. Agroexpert.az bu gün sizlərə bayramda hazırlayacağınız, Azərbaycanın qədim yeməklərindən olan, öz suyunda tərəvəzlərlə bişən dadlı Xaşlama yeməyinin reseptini təqdim edir.

xaşlama

 

Tərkibi:
  • 1 kq sümüklü ət (qoyun, quzu və ya mal əti)
  • 5 ədəd soğan
  • 7 ədəd kartof
  • 3-4 ədəd bolqar bibəri
  • 2-3 ədəd pomidor
  • 2 ədəd dəfnə yarpağı
  • 1 çimdik qırmızı acı bibər tozu
  • duz
  • istiot
Xaşlama hazırlamağın qaydası:

İlk öncə əti doğrayıb yuyun. Yuyulub suyu süzülmüş ətləri qazana yığın. Üzərinə 3 stəkan qaynar su töküb ocağa qoyun. Bişdikdə üzərinə yığılan kəfi götürüb dəfnə yarpağı atın və ət yumşalana qədər bişirin. Bolqar bibərini doğrayın, kartofların qabığını soyub dilimləyin. Pomidoru da dilimləyin, soğanları da halqa formasında kəsin. Bişmiş ətlərin üzərinə doğranmış bolqar bibəri, kartof, pomidor və soğanları əlavə edin. Duz, istiot, acı bibər tozu səpib qarışdırın. Qazanın qapağını örtüb kartoflar bişənədək vam odda bişirin. Yeməyin üzərinə doğranmış göyərti səpib süfrəyə verin.

Nuş olsun!

Digər reseptlər…

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика